Bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində türkmən şairi və filosofu Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş Forumun keçirilməsi bəzi yarımçıq notlarla müşayiət edilməkdədir.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, bu Forum 300 illik mütəffəkkirin yibiley tədbiri yox, sanki Tehran və Kremlin siyasi məclisinə bənzəyir:
"İlk növbədə, türk xalqının böyük oğlu Fərarinin yubuley tədbirində Azərbaycan və qardaş Türkiyənin iştirakının olmaması, qeyri-türk dövlətlərinin - Monqolustan, İran və Rusiyanın başda dayanması, bir vətəndaş kimdə məndə təəccüb və təəssüf hissi doğurdu.
Bu baxımdan Forumun əhəmiyyəti və ədəbi mahiyyəti kölgədə qaldı, Rusiya və İranın siyasi məsləhətləşmələri üçün fürsət meydanına çevrilmiş oldu".
Vaqif Abdullayev daha sonra bunları deyib:
"Mən istisna etmirəm ki, Forumun “Zamanlar və sivilizasiyalar münasibətləri – sülhün və inkişafın əsası” adını daşıması da elə belə seçilməyib, Kreml -Tehran ruhu burada da aydın sezilir.
Əlbəttə, Azərbaycanın yaxın strateji müttəfiqi və dostu olan Rusiyanın dövlət başçısı Vladimir Putinin və yaxın qonşumuz İranın yeni prezidenti Pezeşkianinin regional siyasi məsələləri, o cümlədən Yaxın Şərq və digər mühüm prosesləri müzakirə etməsi təqdirəlayiqdir".
Onun sözlərinə görə, hər iki ölkənin yaxın dostu və qonşusu olan Azərbaycanın regiondakı yaratdığı yeni reallıqlar, ələxsus da Zəngəzur dəhlizinin açılması imkanları bugün daha aktualdır və müzakirələrdə də əsas mövzu bu olmalıdır:
"Eləcə də Zəngəzur dəhlizi həm Rusiya, həm də İran üçün də xüsusi əhəmiyyət kəsb edir, onların bu məsələyə mövqeyi ön planda olmalıdır.
Yaxud da Türkmənistanın Avropaya çıxışını nəzərdə tutan müasir enerji-nəqliyyat bağlantıları da birbaşa Azərbaycan və Türkiyə ilə əlaqəlidir.
Bu baxımdan rəsmi Bakının və Ankaranın bu qlobal məsələlərdə ön planda alması aktual olduğu halda, Aşqabad Forumuna qatılmaması regional məsələlərin yarımçıq müzakirəsi təsəvvürü yaradır".
Vaqif Abdullayev onu da deyib ki, son dövrlərdə Qərbin diqtəsi ilə bölgədə sülhü pozmağa çalışan, təxribatlara alət olan Ermənistanın regional əməkdaşlığa vurduğiu zərbə, Azərbaycanla kommunikasiyaların açıılmasından boyun qaçırması, habelə İran və Rusiyanın milli maraqlarına qarşı addımlar atması və digər məsələlərin də bu Forumda müzakirə olunması məqsədəuyğun olardı:
"Məhz bu məqamları nəzərə aldıqda, Aşqabad Forumu yaxın region ölkələri, beynəlxalq birlik üçün geosiyasi baxımdan əhəmiyyətsiz təsir bağışlayır".
Anar Əliyev