Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COP29 yeni əməkdaşlıqlar baxımından da xüsusi önəm daşıyır

COP29 yeni əməkdaşlıqlar baxımından da xüsusi önəm daşıyır


"COP bir çox göstəricilərə görə olduqca yüksək səviyyəli tədbir hesab olunur. COP29-un da həm siyasi, həm enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbir olacağı şübhəsizdir".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, ölkəmizin COP29 beynəlxalq konfransına ev sahibliyi etməsi həm Azərbaycan həqiqətlərinin, həm də ölkəmizin malik olduğu potensialı beynəlxaq birliyə göstərmək baxımından da önəmlidir:

"COP29-un ölkəmizin əsas gündəliyinin “yaşıl” enerji ilə bağlı olduğunu dünyaya nümayiş etdirməyə də imkan verəcək ki, bu da olduqca önəmlidir. Azərbaycanın böyük neft və qaz istehsalçısı olan ölkə olaraq iqlim dəyişiliyi məsələsini diqqətdə saxlaması və “yaşıl” enerjiyə keçidi özünün enerji siyasətinin əsası olaraq görməsi ölkəmizin ətraf mühitə vediyi önəmi göstərir".

Yusif Bağırzadə, "Şübhə yoxdur ki, siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunun daha da inkişafına gətirib çıxaracaq. İkincisi isə bu tədbir həm də xüsusilə son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan dairələrə də tutarlı cavab olacaq. Hər kəs görəcək və anlayacaq ki, Azərbaycanın müsbət imicinin üzərinə kölgə salmaq mümkün deyil. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaqdır. Ən əsası isə COP29 ölkəmizin regionda yaratdığı reallıqları təhrif edilmədən dünya ictimaiyyətinə çatdırmaq baxımından, eləcə də yeni əməkdaşlıqlar baxımından da xüsusi önəm daşıyır",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş