Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət sərhədinin pozulmasının və narkotik vasitələrin ölkəyə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin pozulmasının və narkotik vasitələrin ölkəyə keçirilməsinin qarşısı alınıb


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlər 3 nəfər sərhəd pozucusu və narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 2 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Newscenter.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən bildirilib.

Noyabr ayının 23-də saat 19:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Xudat sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Chouaib Bendemagh, noyabrın 25-də saat 00:05-də Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikası istiqamətində İİR vətəndaşları – 2004-cü il təvəllüdlü Rayenzadə Muhemmedrza Əli və 2008-ci il təvəllüdlü Mikayıllı Yeganə Nehmətulla dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Noyabrın 27-də saat 02:20-də isə Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-EA-559 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən və şübhəli hərəkətləri ilə diqqəti cəlb edən Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü Tahirzadə Faiq Şaiq oğlu və Masallı rayon sakini 1992-ci il təvəllüdlü Muradlı Dilqəm Qafil oğlu saxlanılıblar.

Saxlanılan şəxslərin idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 13 kiloqram 995 qram (11 kq 965 qram marixuana, 1 kq 525 qram tiryək, 505 qram metamfetamin) və 3980 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş