İstanbul Hava Limanı Avropada liderliyini davam etdirir. Belə ki, 18-24 noyabrı əhatə edən dövrdə sözügedən hava limanı gündə orta hesabla 1318 uçuşla Avropanın ən işlək hava limanı adını qoruyub saxlayıb.
Newscenter.az Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) hesabatına istinadən bildirir ki, İstanbul hava limanını gündə 1243 uçuşla London Hitrou, 1240 reyslə Amsterdam Şiphol və 1151 reyslə Frankfurt hava limanları izlədi.
Sabiha Gökçen hava limanı isə gündə 648 uçuşla 10-cu yerdə qərarlaşıb.
Anar Əliyev