Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin Gürcüstanda Rusiyaya qarşı revanş cəhdi

Qərbin Gürcüstanda Rusiyaya qarşı revanş cəhdi


Gürcüstanda aksiyalar davam edir. Vəziyyət kifayət qədər gərgindir. Parlament seçkilərindən sonra belə durumun yaranacağı əslində gözlənilən idi.
Gürcüstan baş naziri İrakli Kobaxidze son aksiyalar barədə danışarkən deyib ki, məsuliyyət Avropa siyasətçiləri ilə yerli agentlərin üzərindədir.

Məsələ burasındadır ki, Qərb parlament seçkilərində nə qədər çalışsa da proseslərə müdaxilə edə bilmədi. Hakim "Gürcü arzusu" partiyası yekdil səslə qalib gəldi. Bu, həm də Rusiyanın Qərb üzərindəki qələbəsi idi.

Əslində indi baş verən hadisələr də təkcə daxili siyasi rəqabətin təzahürü kimi qiymətləndirilməməlidir. Bu, həm də Qərblə Rusiyanın mübarizəsidir. Parlament seçkilərində Rusiyaya uduzan Qərb indi bütün imkanları ilə özünə yaxın siyasətçini hakimiyyətə gətirmək istəyir. ABŞ və Fransa kimi dövlətlər beləliklə, Gürcüstanın timsalında "oyuncaq dövlət" yaratmaq niyyətindədirlər. Məqsəd, sözsüz ki, həm də Cənubi Qafqaza müdaxilə etməkdir.
Ermənistandakı mövcud hakimiyyət hər nə qədər Qərbmeyilli olsa da, Rusiyanın təsirindən tam çıxa bilmir və ya bunu istəmir. ABŞ və Fransaya isə tamamilə onun siyasətini müdafiə edəcək oyunçu lazımdır. Ona görə də sonuncu ümid yeri kimi rəsmi Tbilisini görürlər.
Ölkədəki aksiyaların və Qərbin proseslərə müdaxiləsinin nəticə verəcəyini düşünmürəm. Yenə də hakim partiya qalib gələcək. Avropa İttifaqına (Aİ) üzvlük isə hələ baş tutmayacaq.

Nəzərə almaq lazımdır ki, Rusiya Gürcüstanın qonşu dövlətidir. Moskvanın rəsmi Tblisiyə kifayət qədər təsir imkanı var. Həmçinin Gürcüstanın Rusiya ilə ərazi mübahisəsi var- Şimali Osetiya və Abxaziya işğal altındadır. Bu problemin həlli üçün diplomatik yol daha məqsədəuyğundur. Üstəlik, Aİ Şərqi Avropa və Yaxın Şərq siyasəti ilə bütün dünyada biabır olur. Zənnimcə, gürcü xalqı bütün bunları nəzərə alacaq.

Yəqin ki, Gürcüstan onlara böyük ümidlər verilən Ermənistan və Ukraynanın taleyindən dərs çıxaracaq. Əks halda gələcəkdə Gürcüstan da adı çəkiləm dövlətlərin taleyini yaşaya bilər.
Beləliklə, prezident seçkilərində də Rusiyanın istədiyi adamın seçiləcəyi gözləniləndir. Bu isə öz növbəsində Cənubi Qafqazdakı proseslərə, o cümlədən Ermənistan- Azərbaycan normallaşmasına da təsir edəcək.

Kənan Novruzov
Xəbəri paylaş