Bişkekdə Qazaxıstan-Qırğızıstan biznes forumu keçirilib.
Newscenter.az "Sputnik Qazaxəstan"a istinadən bildirir ki, forumda iki ölkə arasında 8,2 milyon dollar dəyərində kommersiya sazişləri imzalanıb.
Müxtəlif sənaye sahələrini əhatə edən 30 Qazaxıstan şirkəti Qırğızıstanlı həmkarları ilə B2B formatında danışıqlar aparıb.
Forumun işində Qazaxıstan və Qırğızıstanın 80 şirkətinin nümayəndəsi iştirak edib.
Tədbirdə Qazaxıstan nümayəndə heyətinə Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirinin müavini Kayrat Torebayev rəhbərlik edib, Eyni zamanda forumda hər iki ölkənin biznes və hökumət strukturlarının nümayəndələri iştirak ediblər.
Anar Əliyev