Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalının Ballıca kəndində yeni həyat başlayır

Xocalının Ballıca kəndində yeni həyat başlayır



"Bu günlərdə Xocalının Ballıca kəndində yeni bir səhifə açılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə kəndin bərpası istiqamətində görülən işlər artıq öz bəhrəsini verir. İllərlə doğma yurdlarından uzaq düşən insanlar indi yenidən doğma evlərinə qayıdırlar".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Azər Yadigaroğlu deyib. O bildirib ki, Prezident İlham Əliyevin Ballıca kəndinə səfəri zamanı fərdi evlərin və infrastrukturun bərpası ilə tanış olması, sakinlərlə görüşü, onlarla səmimi söhbəti bu prosesin təkcə dövlət siyasəti deyil, eyni zamanda mənəvi məsələ olduğunu göstərir. Uzun illər həsrət çəkmiş insanların doğma torpaqlarına qayıtması, yenidən həyat qurması təkcə onların deyil, bütün xalqımızın qələbəsidir:

"İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam edir. Şəhərlərimiz, kəndlərimiz yenidən dirçəlir, həyat qayıdır. Ballıca kəndində inşa edilən yeni fərdi evlər, yaradılan müasir infrastruktur və sakinlərin rahat yaşayışı üçün görülən tədbirlər bu prosesin parlaq nümunəsidir".

Azər Yadigaroğlu deyib ki, bu gün Xocalıya, onun kəndlərinə qayıdan hər bir insan sadəcə bir evə yox, bir tarixə, bir yaddaşa qayıdır:

"Bu torpaqlara qayıdış təkcə fiziki deyil, həm də mənəvi bir qayıdışdır. İşğal illərində yaşanan ağrılar, itkilər unudulmayacaq, lakin bundan sonra bu torpaqlarda yalnız quruculuq, inkişaf və rifah hökm sürəcək.
Biz Qarabağa qayıdırıq. Təkcə qayıtmırıq, həm də onu bərpa edir, gücləndirir və gələcək nəsillər üçün daha gözəl bir vətən qururuq".

Süleyman
Xəbəri paylaş