
Türkiyə iqtisadiyyatın inkişaf dinamikasına görə G20-də ilk 5-likdə yer alıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, G20 ölkələri arasında iqtisadiyyatı ən sürətlə böyüyən ölkə 5,03 faiz ilə İndoneziya, 5 faizlə Çin və 4,1 faizlə Rusiyadır.
2024-cü il üçün artım göstəriciləri açıqlanan G20 ölkələri arasında Türkiyə İspaniya ilə dördüncü yeri bölüşüb.
Hindistan iqtisadiyyatının 2024-cü ildə 6,4 faiz artdığı təxmin edilir. Bu proqnozla Hindistanın G20-də birinci yerə yüksələcəyi gözlənilir.
Anar Əliyev