Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan bu il də sülh bağlamaq niyyətində deyil

Ermənistan bu il də sülh bağlamaq niyyətində deyil


"Ermənistanın davranışları və ortaya qoyduğu mövqedən məlum olur ki, bu ölkə cari il ərzində də Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan başda olmaqla erməni rəsmilərinin konstitusiya oyunu belə deməyə əsas verir:

"Məlum olduğu kimi bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan, xalqa müraciət edərək Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini qeyd edib. Lakin erməni baş nazir referendumun nə zaman keçiriləcəyini açıqlamayıb. Bunun ardınca isə ölkənin ədliyyə naziri Srbui Qalyan deyib ki, yeni Konstitusiya üzərində iş gedir və proses 2026-cı il seçkilərinə qədər tamamlanmalıdır. Yəni, buradan belə nəticə çıxır ki, Ermənistanla Azərbaycan arasında 2025-ci il ərzində sülh müqaviləsinin imzalanması perspektivi yoxdur. Çünki 2026-cı ilə qədər Ermənistan öz konstitusiyasında dəyişiklik etməyəcək. Konstitusiya dəyişmədiyi halda isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təbirincə desək hər hansı bir sülh müqaviləsinin imzalanmasının heç bir əhəmiyyəti yoxdur".

Arzuman Muradlı qeyd edib ki, əslində Ermənistan kosntitusiyasını dəyişmək niyyətində də deyil:

"Sadəcə bu ölkə vaxt udmaqla məşğuldur. İrəvan ümdi edir ki, vaxta qədər regional və qlobal proseslər dəyişə, hadisələr müəyyən mənada Ermənistanın xeyriə ola bilər. Məhz bu ölkənin sürətlə silahlanması da ona dəlalət edir. Yoxsa, sülh istəyən ölkə nədən sürətli şəkildə silahlansın?"

İctimai Birlik sədrinin sözlərinə görə, Ermənistan vaxt udmağa çalışsa da, lakin reallıq ondan ibarətdir ki, zaman İrəvanın ziyanına işləyir:

"Ermənistan nə qədər gec deyil bunu başa düşsə yaxşı olar".

Süleyman
Xəbəri paylaş