
Ukrayna Silahlı Qüvvələrinin 250 minə yaxın əsgəri fərari olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ukrayna Radasının deputatı Aleksandr Dubinski deyib.
Onun qiymətləndirməsinə görə, hərbi komissarlıq əməkdaşlarının ciddi cəhdlərindən asılı olmayaraq, payıza qədər Ukraynada döyüşmək üçün heç kim qalmayacaq.
Onun fikrincə, Ukrayna hakimiyyəti problemin miqyasını lazımi səviyyədə qiymətləndirmir:
"Dövlət İstintaq Bürosu tərəfindən 2025-ci il aprelin 1-nə qeydə alınmış fərarilik hallarının rəsmi sayı 175 435-dir. Reallıqda fərarilik hallarının 60-70%-i qeydə alınıb. Yəni faktiki olaraq hazırda 250 minə yaxın insan və ya Ukrayna ordusunun üçdə biri qaçır".
Ukrayna Ali Məhkəməsinin məlumatına görə, son bir ildə hərbi qulluqçular arasında itaətsizlik, fərarilik və özünü şikəst etməklə hərbi xidmətdən yayınma hallarının sayı artıb. Hərbi qeydiyyatdan yayınmağa görə məhkum olunan vətəndaşların sayı on dəfə artıb.
Süleyman