Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa ilə əməkdaşlıq Mərkəzi Asiya ölkələri üçün müsbət təhlükəsizlik perspektivi vəd etmir

Avropa ilə əməkdaşlıq Mərkəzi Asiya ölkələri üçün müsbət təhlükəsizlik perspektivi vəd etmir


"Mərkəzi Asiya Türk ölkələrinin Yunan Kiprində səfirlik açması Türk Dövlətləri Təşkilatının parçalanmasına gətirib çıxarmayacaq. Mərkəzi Asiya ölkələrinin Yunan Kiprində səfirlik açması, Türk birliyinə zərbə kimi qiymətləndirilir. Amma, Yunan Kipri BMT tərəfindən müstəqil dövlət kimi tanınır.

Qeyd edim ki, Şimali Kipr Türk Respublikasının da müstəqil dövlət kimi tanınması orada yaşayan türklərin təməl haqqıdır. Vaxtı ilə Kiprin birləşdirilməsini nəzərdə tutan "Kofi-Annan" planına uyğun olaraq keçirilən referendumda yunanlar birləşmənin əleyhinə səs vermişdilər. Bundan sonra, BMT Şimali Kipri müstəqil dövlət kimi tanimali idi. Amma, Qərbin Türkiyəyə qarşı planı belə bir tanınmanın qarşısinı alır. Hazırda Avropa İttifaqı yenidən BMT-də Kiprlə bağli qətnaməni gündəmə gətirib. Məqsəd Türkiyəyə təzyiqləri artırmaqdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, son bir ildə Fransa prezidenti və Almaniya kansleri Mərkəzi Asiyaya səfər edib:

"Bir müddət əvvəl, Özbəkistan prezidenti Fransada səfərdə oldu. Artıq Avropa İttifaqı da regiona siyasi və iqtisadi maraqlarının təmin edilməsi istiqamətində yeni strategiya ortaya qoyub. Fransa regionun uran ehtiyatlarina çıxış əldə etməyə çalışır. Afrikadan çıxan Fransa Mərkəzi Asiyada geosiyasi mövqelərini gücləndirir".

Politoloq deyib ki, Fransa və Almaniya Mərkəzi Asiyanın təbii sərvətlərini işlənməsi və Avropaya daşınmasıni planlaşdırır:

"Regionun təbii sərvətlərinin Avropaya daşınmasına gəldikdə, Rusiya və İran üzərindən yolun rentabelliyi yoxdur. Azərbaycan üzərindən "Orta dəhliz" daha yaxın və təhlükəsizliyi cəlbedicidir. Qərb ölkələrinin məhz Azərbaycana üzərindən bu marşrutdan istifadə etməsi gözlənilir.

Türkiyənin Mərkəzi Asiya siyasətinə qarşı Fransa və Almaniyanın müdaxiləsi İran -Rusiya tandemi tərəfindən məmnunluqla qarşılanır. Çünki, Turkiyənin türk dövlətlərini bir çətirdə birləşdirməsi Tehran və Moskvanı narahat edir.

Xüsusilə, Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyi Qərbdə deyil. Türkiyə ilə sıx eyni təşkilat daxilində birləşməklə region ölkələri öz təhlükəsizliyini təmin edə bilər.

Mərkəzi Asiya ölkələrinin Rusiya və Çinlə rəqabətdə Avropa ölkələri ilə əməkdaşlığı iqtisadi inkişafa töhfə verəcək. Amma, bu proses təhlükəsizlik təminatı verməyəcək".

Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Qazaxıstan və Özbəkistana müdaxilə edərsə, Qərb səssiz qalacaq:

"Türkiyə regionla bağlı təhlükəsizlik siyasi və iqtisadi strategiyaya malikdir. Bu da regionun təhlükəsizliyini və müstəqilliyini möhkəmləndirilməsinə gətirib çıxara bilər.
Hazırda Avropa ölkələri ilə əməkdaşlıq Mərkəzi Asiya ölkələri üçün müsbət təhlükəsizlik perspektivi vəd etmir. Türkiyə aktiv şəkildə Türk dövlətləri ilə işləməli, Azərbaycan da prosesə. ciddi dəstək verməlidir. Yeni dünya siyasi nizamı quruculuğunda Ankaranın Mərkəzi Asiya siyasətinin fiaskoya uğraması gözlənilmir".

Süleyman
Xəbəri paylaş