Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zatulinə “dur” deyən olacaqmı?

Zatulinə “dur” deyən olacaqmı?


"Rusiyada Konstantin Zatulinə “bəsdir” deyən olacaqmı? O Azərbaycan əleyhinə açıqlamalarına bu gün birini də əlavə edib. Zatulin deyib ki, ermənilərin Dağlıq Qarabağdan qovulması 1915-i il soyqrımının davamıdır”.

Newscenter.az-ın xəbərinə görə, bunu deyən politoloq Elxan Şahinoğlu deyib ki, Zatulin sıradan bir rusiyalı siyasətçi deyil, hakim partiyanın üzvü və Dövlət Dumasında MDB komitəsinin sədr müavinidir:

"Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir, ancaq “balans” bir yana qalsın, Zatulin daşnaklardan da betərdir. Azərbaycanla strateji tərəfdaşlıqdan danışan rusiyalı siyasətçilərindən biri də partiyadaşına “Sənin anti-Azərbaycan açıqlamaların iki ölkə arasındakı münasibətlərə xələl gətirir” xəbərdarlığını etmir. Rusiya demokratik ölkə də deyil ki, deyəsən siyasətçinin ağzının üstündən vurmurlar. Demək, Zatilin kimilər Kremlə lazımdır.

Anar Əliyev
Xəbəri paylaş