Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda nə baş verir? Xalqların Demokratik Partiyası fraksiyası özünü müxalifət elan etdi

Özbəkistanda nə baş verir? Xalqların Demokratik Partiyası fraksiyası özünü müxalifət elan etdi


Özbəkistan Xalq Demokratik Partiyasının fraksiyası parlamentdə özünü müxalifət elan edib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistan
Ali Məclisinin Qanunvericilik Palatasının iclasında açıqlama verilib. Fraksiya rəhbəri Uluqbek İnoyatov bu məsələ ilə bağlı bəyanatı oxuyub.

Bəyanatda qeyd olunur ki, partiya sol qanad olaraq ölkədə sosial ədalət, bərabərlik və həmrəylik prinsiplərinə əsaslanan demokratik sosial dövlətin qurulmasını prioritet vəzifə kimi qarşıya qoyub. Sosial hüquqların Konstitusiyada təsbit olunması xüsusi əhəmiyyət kəsb edir. Müxalifət fraksiyası Xalq Demokratik Partiyası elektoratının səsinin parlamentə və hökumətə çatdırılmasında, maraqlarının səmərəli şəkildə qorunmasında, ölkədə güclü sosial siyasətin davam etdirilməsində qəti mövqeyə malikdir.

Süleyman
Xəbəri paylaş