
"Təəssüf hissi ilə qeyd edirəm ki, son vaxtlar müxtəlif sosial şəbəkələrdə, tiktok, instaqram və s.-də Azərbaycan polisinin uğurlu fəaliyyətinə kölgə salan çəkilişlər yayılır, karikaturalar yerləşdirilir. Hesab edirəm ki, bu fəaliyyət Azərbaycan polisinə qara yaxma, onun uğurlu fəaliyyətini gözdən salmaq cəhdidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirib. Millət vəkili təklif edib ki, bu kimi neqativ hallara qarşı müəyyən tədbirlərin həyata keçirilməsi zəruridir:
"Təklif edirəm ki, Azərbaycan polisinin dövlət və dövlətçiliyin keşiyində duran uğurlu fəaliyyətindən bəhs edən video roliklər çəkilib yayımı təşkil edilsin, cəmiyyət arasında təbliği olunsun".
Süleyman