Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çingiz Abdullayev: "Meydan hərəkatı zamanı mitinqlərə çıxanlar arasında moşenniklər də vardı"

Çingiz Abdullayev: "Meydan hərəkatı zamanı mitinqlərə çıxanlar arasında moşenniklər də vardı"


"1990-cı illərdə azadlıq hərəkatında meydana çıxanlar arasında maşenniklər də vardı".

Newscenter.az xəbər verir ki, bu fikirləri xalq yazıçısı Çingiz Abdullayev səsləndirib. O bildirib ki, ancaq yalnız xalqın azadlığı, ölkənin suverenliyi üçün də meydana çıxanlar vardı və xalq da əsasən həmin insanlara inanırdı:

"Bunlar da əsasən şairlər, yazıçılardan ibarət idi. Xalq daha çox həmin insanların dediklərinə inanır, onların tövsiyələrini yerinə yetirirdi".

Çingiz Abdullayev onu da qeyd edib ki, mərkəzi hakimiyyət xalqın şair və yazıçılara olan inamını azaltmaq üçün müxtəlif təxribatlara əl atırdı:

"Yaxşı yadımdadır, o zaman Sabir Rüstəmxanlının səsini yazıb BTR-də səsləndirdilər ki, xalqın yazıçılara inamı qırılsın".



Süleyman
Xəbəri paylaş