“ASAN Bridge” layihəsi beynəlxalq nominasiya üzrə qalib seçilib
İsveçrədə “İnformasiya Cəmiyyətinin Mükafatlandırılması üzrə Dünya Zirvəsi” Forumu təşkil olunub. Newscenter.az xəbər verir ki, hər il keçirilən İnformasiya Cəmiyyətinin Mükafatlandırılması üzrə Dünya Zirvəsi - “WSIS Prizes – 2022” müsabiqəsinə Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsindən 1270....
Dövlət Komitəsi və Mediasiya Şurası arasında memorandum imzalanıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovla görüşüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyi,....
Bakıda VII Beynəlxalq Sosial Elmlər Konqresi keçirilir
Bakıda VII Beynəlxalq Sosial Elmlər Konqresi keçirilir. Newscenter.az-ın xəbərinə görə, Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbir ADA Universitetində baş tutur. Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz....
BŞTİ-yə may ayında 11 455 müraciət daxil olub
May ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 11 455 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Bu barədə məlumat Newscenter.az-a İdarədən bildirilib. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 296 zəng qəbul....
Uşaq pulu verilsinmi?
Heç belə sual mövcud olmalımı normal, özünü tanıyan dövlətdə? Heç gör, bunun müzakirəsini də apararlarmı, yaraşarmı bu? Bu axı, dövlətin mövcudluğu və ayaqda olmasının göstəricisidi. Dövlət bu pulu ən çətin, imkansız dövrdə belə, çıxarıb böyük qürurla verməlidir öz uşaqlarına. Niyə? Dövlət....
Səfir Faiq Quliyev azyaşlı soydaşlarımızla görüş keçirib
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin birgə təşkilatçılığı və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə Rustavi şəhərində tədbir keçirilmişdir. Tədbirdə çıxış edən....
Gürcustanın Əməkdar jurnalisti İslam Əliyevin xatirəsi anılıb
Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin mərhum baş redaktoru, Gürcustanın Əməkdar jurnalisti İslam Əliyevin 75 illik doğum günündə Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev və Səfirlik əməkdaşları ictimai xadimin Marneulinin Ambarovka kənd....
Vilayət Eyvazov 10 şəhər və rayondan olan vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 21-də Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasında Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarının....
“Formula 1”ə hazırlıqla bağlı bəzi avtobusların hərəkət sxemi dəyişdirilir
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlər səbəbindən 6, 10, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Newscenter.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Dəyişikliyə....
Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı günü” keçirilib
İyunun 1-də Fövqəladə Hallar Nazirliyi tərəfindən FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə Nazirliyin Aran Regional Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı günü” keçirilib. Newscenter.az xəbər verir ki, tədbirdə....
Şəhid övladları ziyarət olunub
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladlarını təbrik ediblər. Şəhidlərin əmanəti olan övladları ziyarət olunub və onlara hədiyyələr təqdim edilib. Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad olunub.....
Qəbələnin qaz təchizatında məhdudiyyət olacaq
“Qaz İxrac” İdarəsinə məxsus “Qəbələ QPS qaz kəməri qolu"nda aşkar olunmuş qaz sızmasının ləğvi və korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə əlaqədar 02.06.2022-ci il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək “Qəbələ” QPS-dən qidalanan “Qəbələ” qaz ölçü qovşağından qaz....
Bir daha heç kimin sizin gülüşünüzü əlinizdən almasına izin verməyəciyik
Uşaq - xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir (“Füyuzat” jurnalı). Bir əlavə də edək: Uşaq - dünyanın ən saf varlığı, cəmiyyətin arzuladığı dünyanın rəmzi, zülmətdən aydınlığa çıxa....
7 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
1 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Newscenter.az xəbər verir ki, 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Bakı şəhərində....
"Azəriqaz" Ağdamda vətəndaşlarla görüş keçirib
"Ağdamda qazlaşma səviyyəsi 100 faiz təşkil edir. Buna baxmayaraq SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin tapşırığına əsasən burada sizlərlə görüşə gəlmişik. Məqsədimiz qaz təchizatı ilə bağlı üzləşdiyiniz problemləri yerindəcə sizlərdən eşitmək və....
Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Newscenter.az....
"Azərsu" yay mövsümünə hazırlıq prosesini yekunlaşdırıb
Yay mövsümündə əhalinin içməli su təminatında dayanıqlığın təmin olunması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər həyata keçirilib. 2021-ci ilin payız aylarından başlayaraq sutəmizləyici qurğuların, magistral və paylayıcı kəmərlərin, anbarların və nasos....
İçərişəhər sakinləri üçün qəbul günü keçirilib-FOTOLAR
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İcərişəhər sakinləri üçün qəbul günü keçirib. Newscenter.az İdarəyə istinadən xəbər verir ki, görüşdə sakinlərin müraciətləri dinlənilib, onların sualları cavablandırlıb, maraqlandıran məsələlər ətrafında....
Vüqar Qurbanov uşaqların müalicə şəraiti ilə tanış olub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub. Newscenter.az xəbər verir ki, ilk olaraq İnstitutun Təcili yardım, Yenidoğulmuşların patologiyası, Anesteziologiya və....
Balacalar üçün kulinariya müsabiqəsi başlayır
İyun ayının 6-dan başlayaraq Facebook sosial şəbəkəsinin ən məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar balalarımız üçün “Uşaqlar bişirir” adlı müsabiqə başlayır. Bu müsabiqə çərçivəsində uşaqlar....












