Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Cavanşir Paşazadə seçiciləri ilə görüşüb-FOTOLAR

Deputat Cavanşir Paşazadə seçiciləri ilə görüşüb-FOTOLAR


Deputat Cavanşir Paşazadə Lənkəran şəhərində bir sıra görüşlər keçirib.

Newscenter.az xəbər verir ki, millət vəkili ilk olaraq Lənkəranın Cil kəndində 44 günlük Vətən müharibəsi və Birinci Qarabağ Müharibəsinin şəhidlərinin xatirə lövhəsinin tikintisi ilə bağlı öz fikirlərini söyləmiş və qazılan su quyusuna baxış keçirib. Daha sonra deputat öz seçiciləri ilə görüşüb.

Görüşə gələn vətəndaşlar Laçın şəhərinin, kəndlərinin azad olunması ilə bağlı öz sevinclərini bölmüş və bu qürurverici anları bizə yaşatdığı üçün Ali Baş Komandana öz təşəkkürlərini bildiriblər. Bu qürurverici anın məhz Azərbaycanının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ad gününə təsadüf etməsinin onlar üçün ikiqat bayrama çevirildiyini söyləmiş, onu doğum günü və Laçın şəhərinin, kəndlərinin işğaldan azad olunması münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıblar.

Mehman
Xəbəri paylaş