Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda direktorların işə qəbulu başa çatıb

Paytaxtda direktorların işə qəbulu başa çatıb


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin nəticələri bəlli olub.

Newscenter.az xəbər verir ki, işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri təhlil olunub, müsahibə mərhələsindən uğurla keçən 2 namizəd müvafiq vəzifə üzrə təyinat alıb.

Qeyd edək ki, müsahibə mərhələsində işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 6 namizəd, həmçinin ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış 16 nəfər olmaqla, ümumilikdə 22 namizəd iştirak edib.

R.Mehdiyeva
Xəbəri paylaş