Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU ilə TUSAŞ arasında əməkdaşlıq imkanları müzakirə olunub

AzTU ilə TUSAŞ arasında əməkdaşlıq imkanları müzakirə olunub


Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türk Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) nümayəndələri ilə görüşüb. Newscenter.az-a təhsil ocağından bildirilib ki, görüşdə universitet-sənaye işbirliyi çərçviəsində TUSAŞ-la əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Daha sonra TUSAŞ nümayəndə heyəti AzTU-da aparılan yenidənqurma işləri ilə tanış olub.

Qonaqlar universitetin laboratoriya və auditoriyalarına da baxış keçiriblər.

R.Mehdiyeva
Xəbəri paylaş