Sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.
Bu barədə Newscenter.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, bu proses sentyabrın 5-8-də gözlənilir: "Xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcəyədək aşağı enəcək.Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə yağışlar gözlənilir".