Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misirdə "Məhəmməd Salah muzeyi" yaradılacaq

Misirdə "Məhəmməd Salah muzeyi" yaradılacaq


Newscenter.az.10.01.2019. Misir hökuməti Qahirədə "Liverpul" futbol klubunun yarımmüdafiəçisi və bu ölkənin milli komandasının oyunçusu Məhəmməd Salahın adını daşıyacaq muzey yaradacaq.

"Newscenter.az " "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Əşrəf Sübhi bildirib.

O, qeyd edib ki, muzey Qahirənin qərbindəki "Əl-Cəzirə" Gənclik Mərkəzində yaradılacaq. Nazirin sözlərinə görə, Salah "Liverpul" komandasına və futbol üzrə Misir yığmasına uğurlar gətirib.

2018-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçusu adına Məhəmməd Salahın layiq görüldüyünü deyən nazir futbolçunun müvəffəqiyyətləri və nailiyyətləri ilə özünü daha çox həvəsləndirəcəyinə inandığını qeyd edib.

Muzeydə Salahın qazandığı medallar, idman köynəkləri, fotoları və digər şəxsi əşyaları sərgilənəcək.

Qeyd edək ki, Məhəmməf Salah ardıcıl ikinci il Afrikanın ən yaxşı futbolçusu seçilib. O, Dakar şəhərində keçirilən təntənəli mərasim zamanı ən yaxşı futbolçu hesab edilib.
ANAR
Xəbəri paylaş