Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yollarda kənd təsərrüfatı texnikasının təhlükəsiz hərəkətini təmin etməık üçün tədbirlər görülür

Yollarda kənd təsərrüfatı texnikasının təhlükəsiz hərəkətini təmin etməık üçün tədbirlər görülür


Newscenter.az.30.05.2019. 2019-cu ilin taxıl yığımı mövsümü ilə əlaqədar olaraq respublika ərazisində taxıl yığımının operativ, səmərəli və qısa müddətdə başa çatdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Xidmətlər Agentliyi tabeliyindəki qurumlara müvafiq tapşırıqlar verilib.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, ilkin mərhələdə biçinə hazırlıq müddətində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq taxılyığan kombaynların mülkiyyətçilərinə (istifadəçilərinə) taxılyığan kombaynların təhlükəsizlik texnikası üzrə (yanğından təhlükəsizlik) təlimlər keçilib, taxılyığan kombaynların mülkiyyətçilərinin (istifadəçilərinin) bir hissəsinə təhlükəsizlik texnikası üzrə (yanğından təhlükəsizlik) təlimatlar təqdim edilib, taxılyığan kombaynların dövlət qeydiyyatına alınmasının və dövlət texniki baxışa təqdim edilməsinin fasiləsiz olaraq həyata keçirilməsi təmin edilib.

Artıq biçin mövsümü başlayıb. Bununla əlaqədar olaraq yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə fiziki və hüquqi şəxslərin mülkiyyətində və istifadəsində olan dövlət qeydiyyatından yayınmış, dövlət texniki baxışından keçməmiş, dövlət qeydiyyat nişanının müəyyən olunmuş yerinə bərkidilmədən, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi olmadan idarə edilən taxılyığan kombaynların və digər mexaniki nəqliyyat vasitələrinin istifadəsini qanuna müvafiq qaydada aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında mövcud razılığa əsasən rayonlarda birgə baxış keçirilməsinə başlanılıb. İlkin olaraq 30 may tarixində Kürdəmir rayonunda start verilən baxış zamanı bir neçə qanun pozuntusu aşkarlanıb. Digər rayonlarda da analoji tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Orxan
Xəbəri paylaş