Impera

XƏBƏR LENTİ
18:00Aparıcıdan “Qarabağ”a dəstək - Efirə belə çıxdı-VİDEO16:17"Azərsu" rəhbərliyi vətəndaşları qəbul edib15:46“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi14:21Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub13:44Baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib13:30"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri saziş idi13:04Torpağa basdırılmış ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edildi (FOTO, VİDEO)12:41Təhsil müəssisələrində Milli Musiqi Günü qeyd edilib12:21Gələn ildən üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək12:00Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20 fazi artım proqnozlaşdırılır11:44Ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb11:30Müdafiə naziri hərbi təlimlərlə bağlı müşavirə keçirdi11:06"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə10:28ADAU tələbələri üçün böyük dəyər – Universitetin öz TV-si yaradılıb10:00Nobel və Babək prospektlərini birləşdirən küçələr yenidən qurulur09:30Mövqelərimiz atəşə tutulub09:00Əhməd Əhmədzadə vətəndaşlarla görüşüb15:17“Türk Hava Yolları” Avropa istiqamətində endirim kampaniyasına start verib15:05Pirotexniki vasitələr aşkarlandı14:57Milli Musiqi Günü metroda qeyd edilib14:21Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib14:09Gürcüstandan qeyri-qanuni yolla siqaret gətirilməsinin qarşısı alındı14:00Şagirdlərin yerdəyişməsi ilə bağlı 56 462 müraciət daxil olub13:47EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 335230 nəfərə çatıb13:29Qubada "Azərişığ"ın maşını dərəyə aşıb, ölənlər və yaralananlar var13:20Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb13:00Sabah Bakıda güclü külək əsəcək12:50Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib12:38Azərbaycanda 622689 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb12:21Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir12:00Müəllimlərin İKT bilikləri yoxlanılır11:50Külli miqdarda dərman preparatları aşkar edilib (FOTO, VİDEO)11:23Müdafiə nazirinə təlimlərin gedişi barədə məruzə edilib – VİDEO10:49Futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslər tutulublar10:23Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb10:00İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub09:30Ermənilər atəşkəs rejimini 20 dəfə pozub19:00Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb18:03Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin təşkili prosesi ilə tanış olub16:38Zabrat qəsəbəsində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb16:19Bakıda növbəti beynəlxalq ekoloji aksiya keçiriləcək15:42Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib15:17“Türk Hava Yolları” “2020-ci ilin beş ulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb14:42Avropa Şurası Azərbaycan əlaqələri qarşılıqlı hörmət prinsipinə əsaslanır14:14Neftçalanın daha bir kəndinə təbii qaz verildi14:03Kənd Təsərrüfatı Sənayesi və Əlaqədar Maşınların Sərgisi keçiriləcək13:50“İrəli” -nin əməkdaşları İspaniyada beynəlxalq layihədə13:40Paşinyanın komandasında "yarpaq tökümü" başladı13:25Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub12:40Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib12:11Qəza 350 abonenti qazsız qoydu12:00Bakıda “Strateji məhsul” mövzusunda beynəlxalq seminar keçiriləcək11:59Virtual müxalifətin ifasında siyasi-intellektual diskussiyaların yerini söyüş və təhqirlər tutur11:42Pirallahı rayonunun qaz təchizatı dayandırıldı11:35Son bir neçə gündə 84 abonentlə təbii qazın alqı-satqısına dair müqavilə bağlanıb11:29Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb11:15Keçmiş həyat yoldaşını öldürməyə çalışan şəxs köməyə çağırılan polisi yandırmağa cəhd göstərib11:06Bu avtobuslar da kart sisteminə keçəcək10:55Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək10:45Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur10:27Paytaxtın bu küçəsi təmir edilir10:00“Azərbaycan” İstilik Elektrik Stansiyasında bədbəxt hadisə, fəhlə həlak oldu09:44Avtomobil qəzası 500 abonenti qazsız qoyub09:35Cəbhədə erməni silahları susmur09:20Azərbaycan və Latviya arasında beynəlxalq avtomobil daşımaları ilə bağlı Protokol imzalanıb09:00Qəbələ rayonunda 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub08:35Metronun qapıları açılmadı08:23Qəsdən adam öldürmələr 13,8 faiz azalıb07:54Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib22:00Prezident İlham Əliyev və Mehriban Əliyeva bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimində iştirak ediblər18:47Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib18:10Qaz sizması necə aşkarlandı?17:55Samuxda heyvandarlıqla məşğul olan fermerlərə təlimlər keçirilib17:26Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib17:00Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur - VİDEO16:53KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb16:31Mərkəzi Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-da nüfuzlu “Transplantation Proceedings” jurnalında dərc olunub16:216 rayon üzrə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək15:55Paytaxtda “manatlıq taksi”lər narazılıqlar yaradır, tədbirlər görüləcək15:31Azərbaycan aşiqi Mariya Suvorovskaya "Üzümlüyün yanındakı ev" adlı yeni kitabını təqdim edəcək14:53Metropolitençilərin birincilərə bayram sürprizi14:33BŞTİ-nin müdiri “Bilik günü” tədbirində iştirak edib14:04Təhsil naziri Qubada məktəb açılışında iştirak edib13:46Dovşançılıq təsərrüfatı yaradılır13:30Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib13:25Tədris ilinin ilk dərsləri keçirilib13:13Sabah hava günəşli olacaq13:09Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb - YENİLƏNİB - VİDEO12:50"Ətraf Mühit və Mən 2" Könüllü Gənclərin Yay Məktəbi layihəsinin iştirakçıları Gürcüstanın Marneuli şəhərində ekoloji aksiyada iştirak edib.12:25Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir12:05“Bilik günü” qeyd olunub11:40AAYDA rəhbərliyi vətəndaşları qəbul edəcək11:30164 mindən çox şagird I sinfə gedir11:13Qəbələdə QHT-lər üçün tədbir keçirilib10:50Prezident İlham Əliyev Binəqədidəki 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib10:32Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti övladlarımızın ən yaxşı məktəblərdə gözəl təhsil almaları üçün hər cür şərait yaratmış və yaratmaqda davam edir10:25BNA ilk dərs günü tədbirləri gücləndirib10:00Bu rayonların qaz təchizatı dayandırılır09:40Atəşkəs rejimi 22 dəfə pozulub09:00Bal yarmarkasında AQTİ-nin səyyar laboratoriyaları fəaliyyət göstərəcək
BÜTÜN XƏBƏRLƏR
Eylül 2019 (430)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)

«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycan-İsveçrə Birgə Komissiyasının növbəti iclası keçirilib

29 İyun 2019, 11:00   


Newscenter.az.29.06.2019. Berndə Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçirilib.

Newscenter.az-a İqtisadiyyat Nazirliyindən daxil olan məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolingerin həmsədrlik etdiyi Birgə komissiyanın iclasında hər iki ölkənin komissiyada təmsil olunan qurumlarının rəsmiləri və özəl sektorun təmsilçiləri iştirak edib.

İclasda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev dünyada iqtisadi artım tempinin, ticarət və emal sektorunun zəifləməsinə, qlobal iqtisadiyyatdakı risklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən məqsədyönlü, qlobal çağırışlara cavab verən siyasət nəticəsində yaradılmış siyasi-iqtisadi və maliyyə sabitliyini, ölkəmizin böyük tranzit potensialını, həyata keçirilən iri regional layihələri, əlverişli biznes və investisiya mühitini diqqətə çatdırıb, dəyişkən qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq göstərdiyini, ölkəmizdə kompleks sosial islahatların həyata keçirildiyini vurğulayıb. Makroiqtisadi və maliyyə sabitliyinin qorunması istiqamətində görülmüş işlər nəticəsində 2019-cu ilin 1-ci rübündə Azərbaycanda ÜDM 3%, qeyri-neft ÜDM-i 1,7%, qeyri-neft sənayesi 16,1% artıb. Hesablamalara görə, 2019-cu ildə ÜDM 3,2%, qeyri-neft ÜDM-i isə 3,4% artacaqdır.

Ötən il ölkə iqtisadiyyatına 8,2 mlrd. dolları xarici investisiyalar olmaqla, 15,3 mlrd. dollar investisiya yatırılıb. Ümumilikdə isə, müstəqillik illərində investisiyaların həcmi 263 mlrd. dollar olub ki, bunun da 50%-dən çoxu xarici sərmayələrdir. Bu ilin 1 yanvar tarixinə Azərbaycanın xarici dövlət borcu 8,9 mlrd. dollar olmaqla, ÜDM-in 19%-ni təşkil edib.

Təsadüfi deyildir ki, Avropa İttifaqı Biznes Mühiti Hesabatı üçün bu il keçirilmiş sorğuda Aİ şirkətlərinin 74%-i Azərbaycandakı makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndirib.

Qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafının Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu vurğulayan nazir Şahin Mustafayev ölkəmizdə yaradılan sənaye və texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar barədə məlumat verib, İsveçrə iş adamlarını Azərbaycandakı əlverişli işgüzar mühitdən yararlanmağa dəvət edib. Nazir Şahin Mustafayev ölkəmizdə sahibkarlığın inkişafı, qeyri-neft ixracının artırılması və ixracın şaxələndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Həyata keçirilən islahatlar və tədbirlərin məntiqi nəticəsidir ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, MDB ölkələri arasında lider olmaqla, dünyanın ən islahatçı 10 ölkəsindən biri və ən çox islahat aparan ölkə hesab olunur.

Azərbaycanın İsveçrə ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini bildirən İqtisadiyyat naziri ölkəmizin İsveçrənin Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. 2018-ci ildə İsveçrənin Cənubi Qafqaz üzrə ümumi dövriyyəsinin 52%-ni məhz Azərbaycanla ticarət təşkil edib. Belə ki, ötən il Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 648 mln. dollar olub ki, bu da 2017-ci il ilə müqayisədə 2,7 dəfə çoxdur. 2019-cu ilin yanvar-may aylarında ikitərəfli ticarət dövriyyəsi 881 mln. dollar və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 dəfə çox olub. Azərbaycanın qeyri-neft məhsullarının ixracında İsveçrə qabaqcıl yerlərdən birini tutur.

Nazir qeyd edib ki, İqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün ardıcıl tədbirlər görülür, ixrac missiyaları və biznes forumlar təşkil olunur. Azərbaycanın ixrac missiyalarından ikisi İsveçrəyə təşkil edilib. 2017-ci ildən etibarən Azərbaycanın Polşadakı Səfirliyində İsveçrə də daxil olmaqla, Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi fəaliyyət göstərir.

İqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərindən danışan Şahin Mustafayev sənaye, kənd təsərrüfatı, əczaçılıq, tranzit daşımaları, turizm və s. sahələrdə geniş potensialın olduğunu diqqətə çatdırıb, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinə yeni və mühüm töhfə olduğunu, bu sahədə əlaqələrin daha da genişlənəcəyini bildirib.

Komissiyanın iclasında Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə məlumat verilib, ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişli olduğu diqqətə çatdırılıb.

İclasda müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparılıb, iqtisadi-ticarət əlaqələrinin, investisiya, turizm, təhsil, İKT, kiçik və orta biznes üzrə əməkdaşlığın genişləndirilməsi imkanları, bir sıra məhsulların, o cümlədən fındıq ixracının artırılması üçün böyük potensialın olduğu qeyd edilib.

İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolinger ölkəsinin Azərbaycanla əlaqələrinin yüksək səviyyədə olduğunu, İsveçrə şirkətlətinin Azərbaycanda aparılan islahatları müsbət qiymətləndirdiklərini və onların İsveçrə iş adamlarının Azərbaycanda uğurlu fəaliyyətini qeyd edib, Azərbaycanda əlverişli biznes mühitinin yaradıldığını vurğulayıb, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Ervin Bolinger İsveçrə iqtisadiyyatı barədə məlumat verib, Azərbaycan-İsveçrə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində və yeni əməkdaşlıq imkanlarının təşviq olunmasında komissiyanın rolunu vurğulayıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və İsveçrə Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolinger imzalayıb. Sənəddə iqtisadi-ticarət, enerji, sənaye, İKT, təhsil, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyasının prezidenti Jozef Rosenflu imzalayıblar.

Memorandum Azərbaycan və İsveçrənin kiçik və orta biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə ticarət, investisiya, iqtisadi əməkdaşlıq, kiçik və orta biznes sahələrində qarşılıqlı məlumat, həmçinin KOB sektorunda təcrübə mübadiləsini, bu sahədə əlaqələrin inkişafı üçün birgə təşviq tədbirlərinin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı ehtiva edir.
OXŞAR MÖVZULAR