Impera

XƏBƏR LENTİ
08:50Fizuli Məmmədovdan Azərbaycan jurnalistlərinə təbrik mesajı13:35Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edəcək12:59Festivalla bağlı daşımalar başladı12:23Jurnalistlərin Şəkiyə mediaturu təşkil edilib-FOTOLAR12:03Zərurət yaranacağı təqdirdə Metropoliten ehtiyat qatarlar xəttə buraxılacaq11:35Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanıb10:30İlahiyyat İnstitutunun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb10:00“Azəriqaz”da təcili səyyar xidmət yaradıldı09:46BDU beynəlxalq reytinq agentliyinin sıyahısında09:30Atəşkəsin pozulması halları intensivləşdi16:15Xaçmazda “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib15:41İlk Carlsberg Summer Cup futbol turnirinin qalibi müəyyən oldu15:23Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolu yenidən qurulur14:51STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib14:18“Rusiya-Azərbaycan münasibətlərində diaspor amili: KİV-in rolu və müasir proseslər” mövzusunda tədbir keçirilib-FOTOLAR14:00AQTA FAO ilə birlikdə yeni layihənin icrasına başlayır13:44Siqaret və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb13:28Şəmkirdə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb13:02Arıçılara 4265330 manat subsidiya veriləcək12:55Əli Kərimlinin "vətənpərvər"lik damarı tutub12:42Azərbaycanla Gürcüstan arasında strateji dostluq münasibətləri möhkəmdir11:58“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib11:18Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib10:49Avropa Komissiyasının rəhbəri bəlli oldu09:55Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başlayıb09:40Cəbhədə nisbi sakitlikdir09:00Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib21:09İsraillə vergi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib20:02Dövlət Komitəsində Rusiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib19:48Azərbaycanla İtaliya arasında tibbin inkişafı və gələcək əməkdaşlığın qurulmasına dair görüş keçirilib19:15“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək18:35Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir18:00Rusiya Azərbaycanlıları İttifaqının qətiyyətli addımlarından sonra MeqaFon şirkəti bir daha belə bir addım atmaz-VİDEO17:42Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır17:00Azərbaycan və Əfqanıstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub17:00Azərbaycanda bu günədək 3086495 ton taxıl yığılıb16:45İqtisadiyyat naziri Əfqanıstan nümayəndə heyəti ilə görüşüb16:08Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb15:28ATXƏM nümayəndə heyəti İqdırda "15 temmuz Milli Birlik və Demokrasi günü" tədbirlərinə qatılıb-FOTOLAR14:27Irandan Azərbaycana keçən qadının al paltarından "metadon" həbləri aşkar edildi14:09Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulur13:45Sabahın hava proqnozu açıqlanıb13:02Milli Qəhrəman Zabit Quliyev ziyarət olunub12:13Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub10:44RAİ-nin mətbuat xidmətinin rəhbəri cəbhə bölgəsində yaşayan gənclərlə görüşüb10:19Pedaqoji mühazirələrin nəticələri bəlli olub10:05Keşikçidağ məbədi ətrafında baş verənlər təxribat deyil09:33Təmas xəttində nisbi sakitlikdir18:17Azərbaycan və Gürcüstan məcburi strateji ortaqdırlar18:14Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib17:40Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir17:37Diaspor gəncləri rəsmi şəxslərlə görüşüb17:08Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb və izahat istənilib16:50Azərbaycan güclü olmağa məhkumdur16:42İdmançı və məşqiçilərlə görüş keçiriləcək16:26QHT sədri 15 iyul şəhidinin ailəsinə baş çəkib16:09Dövlət Gömrük Komitəsinin Akademiyasında ixtisasartırma təlimlərinə qatılan növbəti gömrükçü qrupu ilə görüş keçirilib.15:43Binəqədi rayonunda “Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş təşkil edilib15:31AQTA magistr təhsili almaq üçün qəbul olunmuş şəxslərə müraciət edir15:17Rusiya Azərbaycanlıları İttifaqı MeqaFonu səhvini düzəltməyə mıəcbur etdi15:03Salyanda uzunluğu 17.2 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur14:46Azərbaycan dünya ölkələri arasında öz mövqeyini daha da möhkəmləndirir14:15“Türk Hava Yolları” qitələrarası uçuşlarda sərnişinlərə yeni dəstlər təqdim edir13:18Sabah hava necə olacaq?13:03Ankara Qərbin bir nömrəli hədəfi halına gəldi13:00Qubada kütləvi zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib12:41Vətəndaşın çantasında və üzərində mobil telefonlar aşkarlanıb12:34Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı12:21Türkiyə Aralıq dənizində təbii qaz rezervi aşkarlayıb12:08AQTA-nın jurnalnın ilk nömrəsi çapdan çıxıb11:56BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib11:43Mübariz Qurbanlı Amerikaya səfərə gedir11:36DANX nümayəndələri sürücülərin peşə hazırlığı üzrə Avropa İttifaqı təcrübəsi ilə tanış olacaqlar11:20Energetika Nazirliyinin rəhbərliyi vətəndaşları qəbul edəcək10:34Qaxda zəlzələ olub10:27Quba və Xaçmazda qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə əlaqədar reyd keçirilib10:13RAİ:“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”10:00Səhiyyə Nazirliyi Şəki Xan Sarayında xəsarət alanların son vəziyyətini açıqlayıb09:45Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub09:29Cəbhədə nisbi sakitlikdir09:00İntizamlı məhbuslara həbsxana kameralarının açarları veriləcək15:57Azərbaycan və Türkiyə QHT-ləri əməkdaşlıq protokolu imzaladı-FOTOLAR15:30“Heydər Əliyev: dəyərlərimizin keşiyində” adlı sənədli film hazırlanıb14:47ƏDV bəyannamələrini vergi orqanları dolduracaq13:32“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda12:44Su-25 hücum təyyarələrinin döyüş atışlı uçuş məşqləri keçirilib-VİDEO12:28Biznesin inkişaf etdirilməsi mövzusunda görüş keçirilib12:00Rusiya nə qədər Türkiyə ilə yaxınlaşsa da, Moskva Ankaranı Cənubi Qafqazda yaxın buraxmayacaq11:40Fizuli Məmmədovun xeyriyyəçilik fəaliyyətini örnək kimi təbliğ etmək lazımdır-VİDEO11:03Güclü külək dalğanın hündürlüyünü 4,7 metrə çatdırıb10:51Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub10:25Müstəqillik yolunun astanası - 14 iyul 1969-cu il09:33Təmas xəttində nisbi sakitlikdir20:46“Diaspor fəaliyyəti və media” mövzusunda müzakirə aparılıb20:09BNA-dan küləkli hava ilə bağlı xəbərdarlıq19:21Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir18:20“Kənddən Şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib16:48Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ulu öndəriun xatirəsini yad edib16:34Partiya sədrindən erməni nazirə çağırış16:18Fövqəldövləti idarə edən Siyasət Dahisi
BÜTÜN XƏBƏRLƏR
Temmuz 2019 (389)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)
Mart 2019 (323)
Şubat 2019 (329)

«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun apardığı gərgin iş öz bəhrəsini verir

08 İyul 2019, 17:00   


Nəsib Məhəməliyev: "Azərbaycan UNESKO-nun fəal üzvü olaraq nəinki ölkəmizin, eyni zamanda bir çox dünya ölkələrinin mədəni irsinin qorunmasında mühüm addımlar atır"

Newscenter.az.8.07.2019. Bu günlərdə Respublikamızın paytaxtı növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi. UNESKO-nun Ümumdünya irs komitəsinin 43-cü sessiyası Bakıda keçirilən bir çox beynəlxalq tədbirlərdə olduğu kimi yüksək səviyyədə işini başa vurdu. Dünyada mədəni irsin qorunması istiqamətində çox önəmli qərarlar qəbul edildi.
Hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun apardığı gərgin iş öz bəhrəsini verir

Belə qərarların biri isə, konkret olaraq “Şəki xanlarının sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin” UNESKO-nun Ümumdünya irs siyahısına salınması hər bir Azərbaycanlının çox böyük sevincinə səbəb oldu. Təbii ki, mədəni irsimizin belə bir nüfuzlu təşkilatın reyestrinə salınmasının arxasında çox böyük zəhmət durur. Azərbaycanın 1-ci vitse prezidenti Mehriban xanım Əliyeva UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri seçildikdən sonra ölkəmizin bir çox maddi və qeyri maddi sərvətləri bu təşkilatların qeydiyyatına salınmışdır. Bu da öz növbəsində Azərbaycan xalqının keçmişinin, tarixinin, mədəniyyətinin, incəsənətinin bütün dünyada təbliğ olunmasında çox böyük əhəmiyyətə malikdir. Burada dahi şairimiz Hüseyn Cavidin məhşur şeirini xatırlatmaq istərdim...

Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...

XXI əsrdə regionda və dünyada baş verən ziddiyətli proseslərin fonunda, bir çox ölkələrin, o cümlədən bizim də məcburən qatıldığımız informasiya müharibələrində, mədəniyyətimizin təbliği, xalqımızın necə bir mədəni irsin daşıyıcısı olması beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bu yöndə hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev fondunun apardığı gərgin iş öz bəhrəsini verir. Azərbaycan UNESKO-nun fəal üzvü olaraq nəinki ölkəmizin, eyni zamanda bir çox dünya ölkələrinin mədəni irsinin qorunmasında mühüm addımlar atır. Inanıram ki, ölkəmiz qədim yaşayış məskəni olmaqla çoxlu sayda tarixi, memarlıq, mədəniyyət abidələri ilə zəngindir. Demək olar ki, hər bir rayonumuzda xalqımızın tarixini özündə əks etdirən müxtəlif dövrlərə aid abidələr mövcuddur. Onların üzə çıxarılması, bərpa olunması üçün hər birimiz əlimizdən gələni etməliyik.

Mənim Xan Sarayı ilə tanışlığım 1969-cu ildə Şəkinin Kiş kəndində pioner düşərgəsində olduğum zamana təsadüf edir. O zaman bizim uşaq qəlbimizdə formalaşmış hissləri bir neçə sözlə ifadə etməyin nə qədər çətin olduğunu yəqin ki, hər kəs anlayışla qarşılayar. O dövrə uyğun kiçik evlərin, binaların fonunda xan sarayı olduqca böyük, möhtəşəm bir bina olaraq yaddaşlarımızda həmişəlik həkk olundu. Divarlardakı müxtəlif döyüş və ov səhnələri, müxtəlif heyvanların, meyvələrin təsvirləri, binanın tikintisi ilə bağlı aparılan işlər, istifadə olunan çay daşlarının əldən-ələ ötürməklə daşınması , heç bir dənə də olsun mismardan istifadə olunmaması, memarın acı taleyi barədə əfsanələr, qarşı tərəfdəki binada yerləşən muzeydə Azərbaycanın dövlət və ictimai xadimi Nəriman Nərimanovun Tiflisdən Şəkiyə gəldiyi fayton haqqında verilən məlumatlar uşaq qəlbimizdə çox dərin izlər buraxmışdır. Yeri gəlmişkən çox istərdim ki, Şəkinin mərkəzi hissəsi hər hansı bir müasir elementlər istisna olmaqla öz tarixi keçmişinə uyğun şəkildə restavrasiya olunsun. Məsələn qonşu Qaxda bu sahədə xeyli işlər görülmüşdür. Yeri gəlmişkən deputatı olduğum Balakən şəhər minarəli məscidin də gələcəkdə UNESKO və İSESKO-nun maddi irs siyahısına salınması ilə bağlı arzularımı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə çatdirmaq istərdim. Bu məscid və minarə XVII əsrin sonu XVIII əsrin əvvəllərində tikilməklə keçmiş SSRİ-i ərazisində ən hündür minarə hesab olunurdu. Minarənin tikintisi zamanı bərkidici material kimi əhəng və yaxud sement əvəzinə yalnız yumurta sarısı və süddən istifadə olunmuşdur. Hesab edirəm ki, fərqli memarlıq stilinə görə bu məscid kompleksi unikal tarixi abidə hesab oluna bilər.

Bu sətirləri yazarkən 2011-ci ildə millət vəkili Asim Mollazadə və Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyevlə ABŞ-nın Kaliforniya ştatının Monterey şəhərində olarkən meriyanın yerləşdiyi 200 il əvvəl tikilmiş, şəhərdə yeganə tarixi ikimərtəbəli bina ilə bağlı təəssüratlarımı bölüşmək istərdim. Bizim düşüncələrimizə görə nə görünüşünə, nə də ki, ölçülərinə, memarlıq stilinə görə qeyri-adi təəssürat bağışlamayan bu bina yerli əhali tərəfindən qürurla təqdim olunur və şəhərin tarixinə aid olan qəzetlər, meriyanın müxtəlif dövrlərdə qəbul etdiyi qərarlar, texniki vasitələr qonaqlara nümayiş olunur və bu da həmin bölgə ilə bağlı insanlarda tam təsəvvür formalaşdırır. Çox yaxşı olardı ki, bölgənin tarixini özündə əks etdirən hadisələr barədə də Şəki xan sarayında bukletlər, broşüralar, video görüntülər qonaqlara, ələlxüsus xarici turistlərə təqdim olunardı.

Sonda yuxarıda göstərdiyim tarixi hadisələr ilə bağlı başda cənab Prezident İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva olmaqla, Azərbaycan xalqını, Şəkililəri təbrik edirəm. Uğurlarımız bol olsun!

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
OXŞAR MÖVZULAR