Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Energetika naziri OPEC-in Baş katib və rusiyalı həmkarı ilə neft bazarını müzakirə edib



Newscenter.az.11.09.2019. Əbu-Dabidə səfərdə olan energetika naziri Pərviz Şahbazov OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo və Rusiyanın Energetika naziri Aleksandr Novakla görüşüb.

Newscenter.az-a nazirlikdən bildirilib ki, görüşlərdə dünya neft bazarının son vəziyyəti və inkişaf meyilləri, neftin qiymətinə və neftə qlobal tələbatda artıma təsir edən faktorlar, “OPEC plus” ölkələri üzrə öhdəliklərin icra göstəriciləri və eləcə də bu format çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib. Neft bazarında sabitliyin qərarlaşdığı vurğulanaraq bu prosesdə “OPEC plus” iştirakçılarının rolu yüksək qiymətləndirilib. “OPEC plus” əməkdaşlığı qiymət sabitliyinin davamlılığını təmin edə biləcək uğurlu və çevik tənzimləmə mexanizmi kimi qeyd olunub.

Nazir Pərviz Şahbazov Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə də görüşüb. Görüşdə şirkətin külək enerji sahəsində əməkdaşlığa dair təklifləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Zaur
Xəbəri paylaş