Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Avrasiya Universiteti İtaliyanın Genuya Universiteti ilə ikili diplom proqramına başladı



Newscenter.az.25.09.2019. Bakı Avrasiya Universiteti beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində yeni nailiyyətlər əldə edib. Newscenter.az-a təhsil ocağından bildirilib ki, yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına nail olmaq məqsədilə, eyni zamanda universitetin beynəlxalq reytinqinin yüksəldilməsi məqsədilə ikili diplom proqramlarının icrasına başlayıb..

Universitet, bu istiqamətüzrə ilk uğuruna imza atıb. Bakı Avrasiya Universiteti İtaliya Respublikasının Genuya Universiteti ilə cari tədris ilindən ali təhsilin magistratura səviyyəsində “Turizmin iqtisadiyyatı” ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə başlayıb. İkili diplom proqramı çərçivəsində təhsil alan magistrantlar 3 semestr BAAU-da, 1 semestr isə Genuya Universitetində təhsil almaqla yekunda hər iki universitetin diplomunu qazanacaqlar. Əsası XVI əsrdə qoyulmuş Genuya Universiteti bugün dünya universitetləri arasında reytinqinə görə ilk 500-lükdə, ölkə üzrə isə ilk 10-luqda yer alır.

R.Mehdiyeva
Xəbəri paylaş