Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azneft” İB-nin rəhbərliyi “Suraxanı maşınqayırma zavodu”nda istehsalat prosesi ilə tanış olub



Newscenter.az.27.09.2019. “Azneft” İstehsalat Birliyinin (İB) Baş direktoru Daşqın İskəndərov, Birliyin digər rəhbər şəxsləri, idarə rəisləri “Suraxanı maşınqayırma zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətində (TASC) istehsalat prosesi ilə tanış olublar.

Newscenter.az-a qurumun mətbuat xidmətindən bildirilib ki, sex və sahələrlə tanışlıq zamanı müəssisənin iş prinsipi, istehsal olunan məhsullarla bağlı məlumat verilib.

Sonra zavodun konfrans zalında geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən “Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərov, “Suraxanı maşınqayırma zavodu” TASC-nin direktoru Arif Babayev əməkdaşlıq imkanlarından söz açıblar.

NQÇİ-lərdə zavodun istehsalı olan ştanqlı dərinlik nasoslarının işləmə müddəti, onların sıradan çıxma müddətləri və səbəbləri barədə məlumat verilib. Qərara alındı ki, quyuların xarakteristikaları (qumlu, qazlı, mexaniki qarışığın çox olması və s.) nəzərə alınaraq nasosların seçilməsi təmin edilməli, zavod və NQÇİ-lərin qarşılıqlı əməkdaşlığı təşkil edilməli, nasos klapanlarının əsasən stellit tipli klapanlarla əvəz edilməsi üçün təkliflər verilməlidir.
Müşavirədə digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Zaur
Xəbəri paylaş