Impera

XƏBƏR LENTİ
21:57Van Damm Azərbaycana niyə təşəkkür etdi?20:29Şəki və Qaxın yararsız ərazilərində fındıq bağları salınır19:32Pambıq qəbulu məntəqələrinə 288 min tona yaxın məhsul təhvil verilib18:27Birinci vitse-prezident Mehriban xanım Əliyeva Rusiyada rəsmi səfərdədir18:17Prezident bu şəxsləri tıltif etdi-SİYAHI17:30Nazirin vətəndaşları qəbul vaxtı dəyişdi17:00Azərbaycanın Ukraynadakı səfiri nəsimişünas Pavlo Movçanı ziyarət edib16:37Azərbaycanın İqtisadiyyat naziri MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib15:56Prezident bu rayona 6 milyon manat ayırdı15:45Sahibkarlar öz təcrübələrini bölüşüb15:18İqtisadiyyat nazirinin müavini Göyçayda vətəndaşları qəbul edəcək15:07Vətəndaşların 77.5 faizinin ölkə prezidentinə inam və etimadı yüksəkdir-VIDEO15:00AQTA əməkdaşları həbs edilib?14:55Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib14:45Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək14:33Qubanın altı kəndinə qaz verilib14:19Şagirdlər yaşadıqları ərazini araşdıracaq14:07Saleh Məmmədov vətəndaşları qəbul edib13:50Prezident iki rayona yeni icra başçıları təyin etdi13:39Sabah sulu qar, qar yağacaq, güclü külək əsəcək13:25Dövlət Toxum Fondunun tabeliyində olan zavodlarda 5000 ton toxum emal olunub13:12Balakəndə narkotacir saxlanılıb13:00Ramil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edib12:48Uşaq hüquqları sahəsində innovativ proqramlar reallaşdırılacaq12:358-ci km bazarında mənşəyi məlum olmayan ət aşkarlandı12:15Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib11:43“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edib11:30Təhsil müəssisələrində yeni müsabiqə keçiriləcək11:15“XXI əsr: ailə, qadın və uşaqlarla əlaqəli psixoloji problemlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək11:09Yeni Azərbaycan Partiyasının tarixi kimi bu günü də parlaq və qürurvericidir10:56Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb10:34Almaniyada saxlanılan mühacir azərbaycanlılarla bağlı qərar açıqlandı-ŞOK DETALLAR10:05İsmayıllı rayonunda uzunluğu 15 km olan 2 yol layihəsinin icrası yekunlaşıb09:55SOCAR və Equinor “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşırlar09:20Atəşkəs rejimi 23 dəfə pozulub09:00CNG sistemləri üçün yeni qaz xətti çəkilib08:37Azərbaycan həqiqətləri dünyaya daha yaxından nümayiş etdirildi08:20Nizami rayonunda qazanxananın qazla daimi təchizatı həll edilir08:00Qarakənd faciəsindən 28 il ötür19:12Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib18:43Gündüz İsmayılov: “Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib”18:26Rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib18:01Komitə sədri vətəndaşları qəbul edib17:44Son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb17:30Azərbaycan şərabları Beynəlxalq Şərab Sərgisində nümayiş etdiriləcək17:20Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb17:10Qida məhsullarında antibiotik təhlükəsi16:48Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ16:40Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 5 milyon manat ayırdı16:31Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub16:15Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib16:09Novruz Məmmədov yeni vəzifəyə təyin olunub15:55Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat yaranıb15:45Paytaxt məktəbliləri beynəlxalq yarışlardan qalibiyyətlə qayıdıblar15:30Quşçuluqda innovativ yanaşma mövzusunda elmi-praktik seminar keçirilib15:13Qətərin Ermənistan sevgisi nədən irəli gəlir?15:05Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılır14:49Miqrasiya Könüllüsü İctimai Birliyi ilə Azərbaycan Tibb Universiteti arasında anlaşma memorandumu imzalanıb14:37Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub14:20Azərbaycanda 3 milyon dolları təyinatı üzrə istifadə etməyən vəzifəli şəxs ifşa edilib13:50Prezident sakinlərlə söhbət edib, onlarla selfi çəkdirib13:35Həbsdən çıxan müxalifətçi özü mindən artıq Azərbaycan məhkəməsinin qərarlarını pozub13:16Sabah hava yağışlı olacaq12:54Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri işdən çıxarılıb12:47Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi olub12:39“Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda konfrans keçiriləcək12:19Azərbaycan tədricən köhnə kartof idxal etməyəcək12:16Bakı birinciliyi uğrunda mübarizə davam edir11:50Fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilir11:40Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib11:36Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü11:25Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq11:13Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb11:00Kənd Təsərrüfatı Nazirliyi Göygöldə heyvandarlıq kompleksinin tikintisinə 13 milyon manat xərcləyəcək10:43Eyni mənzildən 3 dəfə oğurluq edildi10:31“Məktəb seminarları” başa çatıb10:11Şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədi ilə monitorinqlərə başlanılıb09:34Türkiyə mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı09:10Düşmən snayperlərdən mövqelərimizi atəşə tutub23:15Bakı-Sabunçu istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılacaq23:02İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb22:29Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək19:30Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb-VIDEO18:31Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək17:20Tovuzda “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib16:50Prezident İlham Əliyev: "Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir"16:36Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub16:20Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib15:58Metropolitençilər üçün turizm zonasına tur təşkil edilib15:48Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb15:40Tofiq Yaqublu azadlığa çıxıb15:03Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Harvard Universitetinin rəsmi saytında məqaləsi dərc edilib14:45Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edəcək14:22Abşeronda evdən 53 500 manatlıq oğurluq edilib13:55Azərbaycan voleybolunun veteranı və ilk voleybol meneceri13:43AFAQ layihəsi çərçivəsində regionlarda qadın fermerlərlə görüşlər keçirilir13:31Sabah hava necə olacaq?13:18Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb13:01Müsavat Partiyasını alverçilərdən təmizləmək lazımdır12:52“Azərenerji” gənc və perspektivli kadrların yolunu açır
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (415)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

27 Sentyabr 2019, 18:34   


Newscenter.az.27.09.2019. Göyçay rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, respublikamızın 8 rayonunda nar istehsalı ilə məşğul olan 220-yə yaxın fermer iştirak edib.

Newescenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar sektorda islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, həyata keçirilən tədbirlər qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahədə davamlı inkişafa real zəmin yaradıb, son illərdə bu sahədə nəzərəçarpacaq artım qeydə alınıb. İcra Hakimiyyətinin başçısı əlavə edib ki, kənd təsərrüfatı sahəsinə xüsusi diqqət fermerlərin bu sahəyə marağının daha da artmasına səbəb olub: “Son illərdə Göyçay rayonunda narçılıq inkişaf etdirilir. Rayonumuzda 1000 hektar sahədə yeni nar bağları salınıb. Respublikada tədarük olunan nar məhsulunun 20%-i Göyçayın payına düşür. Ötən il Göyçayda 31 min 103 ton nar istehsal edilib ki, nəticədə fermerlərimiz nar istehsalından 20 milyon manat vəsait əldə edib. Hər il rayonumuzda nar festivalının keçirilməsi bu gəlirli sahənin inkişafına öz töhfəsini verir”.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən narçılığın inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə davamlı inkişaf təmin edilib. 2018-ci ildə olduğu kimi 2019-cu ildə də aqrar sektorda artım 6%-dən yüksək olub. Təkcə bu ilin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz artıb ki, bu da rekord göstəricilərdən biridir”.

Azərbaycanda narçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən mühüm tapşırıqların verildiyini deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olub, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaranıb”.

Nazir qeyd edib ki, respublikada müxtəlif meyvə bitkilərinin becərilməsi üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyi və ixrac potensialının olması meyvəçiliyin, həmçinin narçılığın inkişaf etdirilməsini zəruri edir: “Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada “Çəhrayı gülöyşə”, “Bala Mürsəl”, “Azərbaycan gülöyşəsi”, “Nazik qabıq”, “Vələs”, “İri gilə” və s. sortlar becərilir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi narçılıqda da inkişaf müşahidə edilir. Hazırda narın əkin sahəsi təxminən 23 min hektara, nar istehsalı 155 min tona çatdırılıb. Bununla belə əkin sahəsinə görə əldə edilən məhsuldarlıq bizi qane edə bilməz. Nar istehsalına görə hər hektardan məhsuldarlıq təxminən 7 ton təşkil edir. Bizim hədəfimiz isə məhsuldarlığı hər hektardan 15 tona çatdırmaqdır”.

Nazir İnam Kərimov əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na müvafiq olaraq qərzəklillər daxil edilmədən intensiv meyvə bağlarına, həmçinin intensiv nar bağlarına bağın salındığı ilk 4 il ərzində hər il hektara 800 manat, sonrakı illərdə isə 240 manat əkin subsidiyası ödəniləcək. İntensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara da şamil ediləcək.

Nazir çıxışında Azərbaycanda narçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. O, gələn il nar mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, narçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

Müşavirədə 2019-cu ildə Azərbaycanda narçılığın inkişafında oynadığı rola görə 7 fermerə Kənd Təsərrüfatı Nazirliyinin təşəkkürnaməsi təqdim olunub. Təşəkkürnamələri fermerlərə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimov və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov təqdim ediblər.

Daha sonra müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Tofiq Rzayev ölkədə nar yetişdirilməsində mövcud vəziyyətdən danışıb, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov isə Assosiasiyanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Göyçaylı narçı-fermer Eyvaz Səmədov isə narçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Müşavirədə narçılığın inkişafı, nar tingləri ilə təminat, yeni nar bağlarının salınması, mövcud ənənəvi nar bağlarının intensiv bağçılıqla tədricən əvəzlənməsi, yeni məhsuldar və keyfiyyətli sortlar üzrə tingçiliyin inkişaf etdirilməsi, narçılığın regionlar üzrə ixtisaslaşması, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi, mövcud soyuducu anbar sistemlərinin imkanlarının artırılması, ekoloji təmiz məhsulların istehsalının stimullaşdırılması, ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Orxan
OXŞAR MÖVZULAR