Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2 rayona qaz fasilə ilə veriləcək



Newscenter.az.11.10.2019. Oktyabrın 11-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov və M.Davud küçələrində bir qrup abonentin qaz təminatında fasilə yaranacaq.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, bu zaman rayonun Ş.Məmmədov küçəsində orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, M.Rüstəmov küçəsi 2 ünvanında quraşdırma işləri icra olunacaq. Bundan başqa saat 10:00-dan 18:00-dək “Kür qəsəbəsi” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində aparılacaq quraşdırma işlərinə görə Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Zaur
Xəbəri paylaş