Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar Təhsil və Karyera Sərgisində iştirak edir



Newscenter.az.11.10.2019. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə mikro və kiçik sahibkarların 10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgilərində iştirakına dəstək göstərib.

Newscenter.az-a daxil olan məlumata görə, sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində təhsil sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini təqdim edirlər.

Qeyd edək ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi olaraq dəstək göstərir. İndiyədək KOBİA-nın dəstəyi ilə startaplar, mikro və kiçik sahibkarlar Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar, Qida Sənayesi, Hədiyyələr və Promo Məhsulları sərgilərində, “Organic Food Festivalı 2019”da və digər sərgilərdə iştirak ediblər.

Zaur
Xəbəri paylaş