Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblilər Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər



Newscenter.az.2.11.2019. Bakı şəhəri 2 saylı Texniki humanitar elmləri liseyinin şagirdləri Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, burada şagirdlərə hərbi gəmilərin təyinatı, taktiki-texniki xassələri, döyüş qabiliyyəti, eyni zamanda şəxsi heyətin xidməti, sosial-məişət şəraiti haqqında məlumat verilib, onları maraqlandıran suallar zabit və miçmanlar tərəfindən cavablandırılıb.

Şagirdlər şəxsi heyət qarşısında vətənpərvərlik şeirləri və mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.
Sonda xatirə fotosu çəkdirilib.
Xəbəri paylaş