Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan voleybolunun veteranı və ilk voleybol meneceri



Newscenter.az.18.11.2019.
Qriqoriy Frişman Maiseyeviç 1941-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Anası Tamara Jerebçevskaya respublikamızın tanınmış endekrinoloqu, atası Maisey Frişman isə Mərkəzi qəzetlərin fotomüxbiri kimi çalışmışdır.
1965-ci ildə M.F.Axundov adına Dillər institutunu bitirərək əmək fəaliyyətinə Sabirabad rayonunun Qaragünə kənd orta məktəbində müəllim kimi başlamışdır.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, o, gənc yaşlarında voleybol idman növünə böyük həvəs göstərmiş, həvəskar komandaların tərkibində müxtəlif yaşlarda iştirak etmişdir. Q.Frişman Bakı şəhərinə qayıdarkən “Dinamo” klubuna üzv yazılır.

Dahasonra SSRİ miqyasında tanınmış voleybolçular Oqtay Ağayev, Fazil Rzayev, Yaşar Abbasov və digərləri ilə birlikdə oynayıb.
Qriqoriy Frişman Azərbaycan Respublikası Milli Aviasiya İdarəsində İdman təlimatçısı vəzifəsində çalışarkən voleybol bölməsi yaratmış və bu komandaRespublika yarışlarında çıxış edib.

Voleybola olan həvəs və istək onu nəhayət 1987-ci ildə böyük voleybolagətirir. Artıq o zamanlar belə tanınmış mütəxəssis Faiq Qarayevin rəhbərlik etdiyi “Neftçi” voleybol klubunda menecer vəzifəsində çalışmağa başlayır.

O, Faiq Qarayev rəhbərlik etdiyi komanda ilə 1989-cu ildə SSRİ birinciliyində III yeri tutaraq bürünc medal qazanmış, 1991-ci ildə SSRİ kubokunun qalibi olmuşdur.

Qazanılan uğurların nəticəsində 1989-cu ildə Frişman Qriqoriy Maiseyeviç “Respublikanın Əməkdar” məşqçisi adına layiq görülmüşdür.
Müstəqilliyimiz dövründə “Azərreyl” klubunda, voleybol üzrə qadınlardan ibarət Milli komandada çalışarkən Top komandalar kubokunun qalibi olmuş, dəfələrlə Avropa Çempionatı və Dünya Çempionatı yarışlarının iştirakçısı olmuşdur.

Qeyd edək ki, Frişman Qrigoriy yaşının ahıl çağına baxmayaraq bu gündə voleybolumuzun inkişafına xidmət edir, Azərbaycan Voleybol Federasiyasının fəal üzvü aparıcı mütəxəssisi kimi voleybol ictimaiyyətinin arasındadır. Yeni yaranmış “Mübariz” komandasında öz təcrübəsini paylaşır.

Noyabr ayında yeni yaşını qeyd edən Qriqoriy Frişman Maiseyeviçi Azərbaycan Voleybol Federasiyası rəhbərliyi və bütün voleybol ictimaiyyəti təbrik edir və ona can sağlığı arzulayır.

Ehtiram
Xəbəri paylaş