Kənd Təsərrüfatı Nazirliyi Göygöldə heyvandarlıq kompleksinin tikintisinə 13 milyon manat xərcləyəcək
Tarix: 19-11-2019, 11:00
Newscenter.az.19.11.2019. Kənd Təsərrüfatı Nazirliyinin Göygöl rayonunda iri və xırda buynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisi məqsədi ilə elan etdiyi açıq tenderin nəticəsi məlum olub.
Tenderin qalibi “Fasad-F” MMC-dir.
Qalib şirkətə 12 750 533 manat ödəniləcək.