Impera

XƏBƏR LENTİ
15:36BMU tələbəsi erməni rəqibini 10:0 hesabı ilə məğlub edib15:21Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib15:12Mübariz Qurbanlı Qətər səfiri ilə görüşüb15:01Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub14:48"Nemiroff", "Beluqa", "Finlandia" , "Ruskıy Standart" araqları da saxta çıxdı14:38Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq14:22“AmCham Azərbaycan” üzvləri üçün Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla görüş təşkil edib14:00Oqtay Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Amerikan Xəstəxanasında davam edir13:47Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub13:29Məktəblilərə şəxsiyyət vəsiqəsi verilir13:08Zorakı ekstremizm ilə mübarizə mövzusunda beynəlxalq konfrans keçirilib12:47Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlıq genişlənir12:37Sabah Azərbaycanda hava yağmursuz olacaq11:55Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 13.3% artıb11:38Bu ərazilərə içməli su məhdudiyyətlə veüriləcək11:05“Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçirilib10:36AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb10:00Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00Azərbaycan Konqreslər Bürosu “Səfirlər proqramı”nı ictimaiyyətə təqdim edib14:24Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edib14:17I Gənc Sahibkarlar Forumu keçirilib13:58Daha bir hakimimiz beynəlxalq yarışa təyinat alıb13:30YAP Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib13:1614 787 müəllim ixtisasartırma təlimlərində iştirak edib12:57Sabah hava necə olacaq?12:34Fəzail Ağamalı özünə yeni müavin təyin etdi12:29“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb12:07Dr. D.Y. Patil adına institun nümayəndələri BMU-da olub11:49Azərbaycanda noyabrda gündəlik neft hasilatı 776 min barrel olub11:37“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib10:57Subsidiyaların ilin əvvəlində verilməsi aqrar sektorun inkişafını stimullaşdıracaq10:42“Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb10:30Üç rayon üzrə səyyar qəbul keçiriləcək10:10Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşıb09:35Bakıda məşhur ticarət mərkəzində yanğın-VİDEO09:25Mövqelərimiz atəşə tutulub09:00Yevlaxda Heydər Əliyevin anım mərasimi keçirilib23:19İçimizdəki və cəmiyyətdəki “Xərçəng hüceyrələri”21:13"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor20:41Mübariz Mənsimov: "Hər dəfə adımı hallandırmağa, məni siyasi oyunlara qatmağa çalışırsınız və bu, həqiqətən də, məni yorur"18:21Dövlət Gömrük Komitəsinin sədri Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini ilə görüşüb17:29AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb17:09Payızlıq əkinləri bəyan edən fermerlərin sayı iki dəfə artıb17:03Naxçıvan Ali Məclisinə seçkilər təyin edilib - SƏRƏNCAM16:57Azərbaycan fermerlərinin məhsulları XXIV “Global Village” Beynəlxalq Yarmarkasında nümayiş etdirilir16:3117 min 800 nəfərə ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı16:17BMU-da Ümummilli Liderin anım tədbiri keçirilib16:01Azərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müsabiqəsinin yekun mərhələsi keçirilib15:36“Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçiriləcək15:20Azərbaycan Turizm Bürosu Çində mükafata layiq görüldü14:53Türkiyə ilə Azərbaycan arasında daha bir sənəd imzalandı14:12“Türk Hava Yolları” Rovaniemiyə uçuşlara başlayır14:07“Bakutel 2019” sərgisində rekord izləyici: 25 minə yaxın insan sərgini ziyarət etdi13:52Parçaya hopdurulan narkotik vasitəni gömrük sərhədindən keçirmək cəhdi baş tutmadı13:22Yağışlı hava davam edəcək13:04Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb12:38Qazaxıstan Azərbaycanın təcrübəsini öyrənir-VIDEO12:12Cəlilabadda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası açılıb11:45VİP-in seçki qərarı yaxın günlərdə veriləcək10:28Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar işə başlayıb.10:19Tədqiqatçılıq müsabiqəsinin ilk mərhələsi başa çatıb09:41BMU tələbələrinin növbəti uğuru09:33Atəşkəs rejimi 22 dəfə pozulub14:00Qaşıq, çəngəl, bıçaq dəstinin içərisində narkotik vasitə keçirmək istədi-VİDEO13:22AXA-da texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr həsr olunmuş tədbir keçirilib13:00Bakı-Şamaxı-Yevlax yolunda qeyri-adi qəza12:46Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq12:00“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Kürdəmir və Yevlaxda yerli fermerlərlə görüşüb11:00BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb10:27Sinxron üzgüçülük üzrə “Aqua Stars” adlı beynəlxalq turnir keçiriləcək10:15"Azərsu" ASC-nin sədri Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin 10-cu toplantısında iştirak edib10:00Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazanıb09:55Millət vəkili Qırmızı Qəsəbədə dəfn olunacaq09:35Atəşkəs rejimi 24 dəfə pozulub09:13Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib09:00AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib08:44Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib21:00Millət vəkili vəfat edib20:12Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə biznes-forum keçirilib19:35Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq19:20Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu18:51Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı-VİDEO18:38Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında aktiv iştirak edib18:15Sərnişin qatarlarının hərəkət cədvəli yenilənəcək18:00Abşeron Təcrübə Təsərrüfatında ağacəkmə kampaniyası keçirilib17:50409 fərdi yaşayış evinə təbii qaz verilib17:39BNA Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq 100-ə yaxın ağac əkib17:19“Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirildi17:00Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb16:45Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib16:08İki rayon üzrə müəllim və valideynlər qəbul edilib15:47“Azəriqaz” işçiləri 5 min ağac əkib15:30AzInTelecom “BakuTel 2019” sərgisində öz yeni məhsullarını təqdim edib15:15Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücü15:04EKTİS-in tətbiqi aqrar subsidiyaların verilməsində vaxt itkisini aradan qaldıracaq14:52Fikrət Yusifov: "Dəmir yolu nəqliyyatındakı islahatlar bu sahədə inqilabi bir dönüşdür"14:48Heydər Əliyev adına AAHM kursantlarının çöl çıxışları başlayıb - VİDEO14:42Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar14:18Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir
BÜTÜN XƏBƏRLƏR
Aralık 2019 (255)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)

«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycan qarşıdakı illərdə də sabitlik, inkişaf və tərəqqi yolu ilə inamla addımlayacaq

26 Noyabr 2019, 10:30   
Azərbaycan qarşıdakı illərdə də sabitlik, inkişaf və tərəqqi yolu ilə inamla addımlayacaq


Newscenter.az.26.11.2019. Milli Məclisin deputatı Pərvin Kərimzadə yap.org.az saytına müsahibə verib.

Newscenter.az həmin müsahibəni təqdim edir:


- Pərvin xanım, hazırda cəmiyyətimzidə əsas müzakirə mövzularından biri 2020-ci ilin dövlət büdcəsi ilə əlaqədardır. Bu baxımdan, gələn ilin büdcəsini necə dəyərləndirirsiniz?

- Ölkəmiz ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib. İnkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq iqtisadiyyatda əldə edilmiş sıçrayış Azərbaycanın keyfiyyətcə yeni, modernləşmə mərhələsinə qədəm qoymasına səbəb olub. Ardıcıl həyata keçirilən islahatların iqtisadi potensialı daha da möhkəmləndirməsi sayəsində Dünya Bankının son hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkələr sırasında yer alıb. "Ən islahatçı” ölkə imicini qazanan Azərbaycan əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də iqtisadiyyatın inkişaf dinamikasını saxlamağa müvəffəq olub.

Bu ilin fevral ayında Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət başçısı ötən son 3 ilin göstəricilərini dəyərləndirərkən 2017-ci ili iqtisadi sabitləşmə ili, 2018-ci ili dərin iqtisadi islahatlar ili adlandıraraq, 2019-cu ili həm böyük sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi qiymətləndirdi.

Ötən illərin davamı kimi 2020-ci ildə də büdcənin sosialyönümlülüyü təmin ediləcək, əməyin ödənişi, təqaüdlər, sosial müavinətlər, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Bütövlükdə, bundan sonra da, o cümlədən, gələn ildə də müstəqil Azərbaycan sabitlik, inkişaf və tərəqqi yolu ilə inamla addımlayacaq. Ölkənin artan iqtisadi qüdrəti, aparılan ciddi iqtisadi islahatlar sosial islahatların dərinləşməsi bunun proqnozunu verir.

- Büdcədə elm və təhsil sahəsinə ayrılan vəsaitlə bağlı nə deyə bilərsiniz? Artım bu sahələrin inkişafına nə dərəcədə təsir göstərəcək?


- Hər bir dövlətin uğurlu dövlət siyasəti elmi prinsiplərə söykənir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən yeni nəfəs gətirilərək uğurla həyata keçirilən müstəqil Azərbaycanın dövlət siyasətinin kökündə də elmi prinsiplər dayanır. Ölkəmizdə elm və təhsil sektoruna dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində son illər elmdə, təhsildə və intellektual fəaliyyətin bütün sahələrində əhəmiyyətli dönüşə nail olunub. Elm və təhsi sahəsində qarşıya qoyulan böyük hədəflər tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur.

Təhsilə dövlət qayğısı hər zaman dövlət büdcəsində də öz əksini tapır. 2020-ci ildə təhsilin ən ali səviyyədə inkişafı üçün dövlət büdcəsindən təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb ki, bu da, 2019-cu ilə nisbətən 873,6 milyon manat çoxdur. Təhsillə elm bir-birinə bağlıdır. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərim əmək haqqlarının artırılması, təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən islahatlar, bir sözlə təhsilə artan qayğı elmin də inkişafına, tərəqqisinə zəmin yaradır.

- 2020-ci ilin dövlət büdcəsi sosialyönümlü olması ilə də səciyyələnir. Bu fakt əhalinin rifah halının daha da yüksəlməsində nə dərəcədə rol oynayacaq?

- 2017-ci ildə iqtisadi sahədə atılan addımlar 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verdi. Sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından 2019-cu il əvvəlki illərdən fərqləndi. İlin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada baş verən köklü və sistemli dəyişikliklər ölkə Başçısının cari il ərzində təqdim etdiyi iki sosial paket əhalinin maddi durumunun yaxşılaşmasına xidmət etdi. Bir-birinin ardınca atılan sosial paketlər yüksək səviyyədə reallaşması ölkədə sosial inkişafı, sosial rifahın yüksəldilməsini təmin etdi. Təkcə 2019-cu ildə minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artırıldı, iki sosial paketin əhatə dairəsi 4,2 milyon vətəndaşı əhatə etdi.

İqtisadi sabitləşmə ilindən böyük sosial islahatlar dövrünə addımlayan Azərbaycanda həyata keçirilən müstəqil siyasət, dərin islahatlar, yüksələn reytinq, kompleks islahatlar, möhkəm iqtisadi təməl 2020-ci ildə inkişafın davamlılığına təkan verdi. Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasının formalaşdırdığı möhkəm təməl sayəsində Azərbaycan müstəqillik tarixində ən böyük büdcə layihəsinin hazırlanmasına zəmin yarandı. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının icrasına başlayarkən Azərbaycan 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idisə, son 15 ildə bu ehtiyatlar 27-28 dəfə artırılıb. Bu da büdcə xərclərinin 39,5 faizinin sosial sahəyə ayrılmasına, yəni sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılmasına səbəb olub.

2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub. Ən əsası isə dövlət büdcəsi ölkənin regionlarının sosial-iqtisadi inkişafı, regionlarda yaşayan əhalinin əmək vərdişlərinə uyğun iqtisadi fəaliyyət sahələrinin dirçəldilməsinə şərait yaradacaq. Belə ki, 2020-ci ildə 200 minə yaxın yeni iş yerinin yaradılması məşğulluq probleminin həll edilməsinə yeni təkan olacaq.

Nəzərə alsaq ki, yeni iş yerlərinin böyük əksəriyyəti regionlarda açılacaq, bu ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların bəhrəsinin sübutu, dövlətin iqtisadi qüdrətinin yüksəlməsinin daha bir təzahürüdür.
OXŞAR MÖVZULAR