Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bibiheybətdə yaranmış su problemi bu gün tam həll ediləcək



Newscenter.az.27.11.2019. Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində baş vermiş yol sürüşməsi magistral su xəttini sıradan çıxarıb.

Bu barədə ”Report”a "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun mütəxəsisləri ərazidə qiymətləndirmə işləri aparıb: "Mütəxəssislər həmin xəttin qəzalı hissəsindəki siyirtmənin bağlanılması və əraziyə suyun verilməsinin dayandırılması barədə qərar qəbul edib. Bununla yanaşı, "Azərsu"nun Təchizat Departamenti qəzalı vəyiyyətdə olan xəttin fəaliyyətini bərpa etmək üçün material göndərib”.

A.Cəbrayıllı həmçinin deyib ki, Bibiheybət və Şıxov massivlərinə qəza baş verən gün axşam saatlarından su verilib: "20-ci sahənin əsas qidalandırıcı xətti sıradan çıxmışdı. Buna görə də, alternativ olaraq Bayraq Meydanı tərəfdən gedən xəttin siyirtmələrini açdıq. Eyni zamanda, Badamdar anbarından da xətti şəbəkəyə qoşduq. 20-ci sahədə jurnalistlərin binasına və həmin ətarafda balaca əraziyə su verilmir, bu gün həmin ərazilərə də suyun verilişi bərpa ediləcək".
Xəbəri paylaş