Impera

XƏBƏR LENTİ
15:36BMU tələbəsi erməni rəqibini 10:0 hesabı ilə məğlub edib15:21Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib15:12Mübariz Qurbanlı Qətər səfiri ilə görüşüb15:01Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub14:48"Nemiroff", "Beluqa", "Finlandia" , "Ruskıy Standart" araqları da saxta çıxdı14:38Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq14:22“AmCham Azərbaycan” üzvləri üçün Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla görüş təşkil edib14:00Oqtay Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Amerikan Xəstəxanasında davam edir13:47Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub13:29Məktəblilərə şəxsiyyət vəsiqəsi verilir13:08Zorakı ekstremizm ilə mübarizə mövzusunda beynəlxalq konfrans keçirilib12:47Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlıq genişlənir12:37Sabah Azərbaycanda hava yağmursuz olacaq11:55Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 13.3% artıb11:38Bu ərazilərə içməli su məhdudiyyətlə veüriləcək11:05“Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçirilib10:36AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb10:00Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00Azərbaycan Konqreslər Bürosu “Səfirlər proqramı”nı ictimaiyyətə təqdim edib14:24Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edib14:17I Gənc Sahibkarlar Forumu keçirilib13:58Daha bir hakimimiz beynəlxalq yarışa təyinat alıb13:30YAP Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib13:1614 787 müəllim ixtisasartırma təlimlərində iştirak edib12:57Sabah hava necə olacaq?12:34Fəzail Ağamalı özünə yeni müavin təyin etdi12:29“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb12:07Dr. D.Y. Patil adına institun nümayəndələri BMU-da olub11:49Azərbaycanda noyabrda gündəlik neft hasilatı 776 min barrel olub11:37“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib10:57Subsidiyaların ilin əvvəlində verilməsi aqrar sektorun inkişafını stimullaşdıracaq10:42“Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb10:30Üç rayon üzrə səyyar qəbul keçiriləcək10:10Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşıb09:35Bakıda məşhur ticarət mərkəzində yanğın-VİDEO09:25Mövqelərimiz atəşə tutulub09:00Yevlaxda Heydər Əliyevin anım mərasimi keçirilib23:19İçimizdəki və cəmiyyətdəki “Xərçəng hüceyrələri”21:13"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor20:41Mübariz Mənsimov: "Hər dəfə adımı hallandırmağa, məni siyasi oyunlara qatmağa çalışırsınız və bu, həqiqətən də, məni yorur"18:21Dövlət Gömrük Komitəsinin sədri Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini ilə görüşüb17:29AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb17:09Payızlıq əkinləri bəyan edən fermerlərin sayı iki dəfə artıb17:03Naxçıvan Ali Məclisinə seçkilər təyin edilib - SƏRƏNCAM16:57Azərbaycan fermerlərinin məhsulları XXIV “Global Village” Beynəlxalq Yarmarkasında nümayiş etdirilir16:3117 min 800 nəfərə ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı16:17BMU-da Ümummilli Liderin anım tədbiri keçirilib16:01Azərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müsabiqəsinin yekun mərhələsi keçirilib15:36“Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçiriləcək15:20Azərbaycan Turizm Bürosu Çində mükafata layiq görüldü14:53Türkiyə ilə Azərbaycan arasında daha bir sənəd imzalandı14:12“Türk Hava Yolları” Rovaniemiyə uçuşlara başlayır14:07“Bakutel 2019” sərgisində rekord izləyici: 25 minə yaxın insan sərgini ziyarət etdi13:52Parçaya hopdurulan narkotik vasitəni gömrük sərhədindən keçirmək cəhdi baş tutmadı13:22Yağışlı hava davam edəcək13:04Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb12:38Qazaxıstan Azərbaycanın təcrübəsini öyrənir-VIDEO12:12Cəlilabadda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası açılıb11:45VİP-in seçki qərarı yaxın günlərdə veriləcək10:28Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar işə başlayıb.10:19Tədqiqatçılıq müsabiqəsinin ilk mərhələsi başa çatıb09:41BMU tələbələrinin növbəti uğuru09:33Atəşkəs rejimi 22 dəfə pozulub14:00Qaşıq, çəngəl, bıçaq dəstinin içərisində narkotik vasitə keçirmək istədi-VİDEO13:22AXA-da texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr həsr olunmuş tədbir keçirilib13:00Bakı-Şamaxı-Yevlax yolunda qeyri-adi qəza12:46Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq12:00“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Kürdəmir və Yevlaxda yerli fermerlərlə görüşüb11:00BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb10:27Sinxron üzgüçülük üzrə “Aqua Stars” adlı beynəlxalq turnir keçiriləcək10:15"Azərsu" ASC-nin sədri Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin 10-cu toplantısında iştirak edib10:00Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazanıb09:55Millət vəkili Qırmızı Qəsəbədə dəfn olunacaq09:35Atəşkəs rejimi 24 dəfə pozulub09:13Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib09:00AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib08:44Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib21:00Millət vəkili vəfat edib20:12Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə biznes-forum keçirilib19:35Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq19:20Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu18:51Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı-VİDEO18:38Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında aktiv iştirak edib18:15Sərnişin qatarlarının hərəkət cədvəli yenilənəcək18:00Abşeron Təcrübə Təsərrüfatında ağacəkmə kampaniyası keçirilib17:50409 fərdi yaşayış evinə təbii qaz verilib17:39BNA Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq 100-ə yaxın ağac əkib17:19“Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirildi17:00Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb16:45Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib16:08İki rayon üzrə müəllim və valideynlər qəbul edilib15:47“Azəriqaz” işçiləri 5 min ağac əkib15:30AzInTelecom “BakuTel 2019” sərgisində öz yeni məhsullarını təqdim edib15:15Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücü15:04EKTİS-in tətbiqi aqrar subsidiyaların verilməsində vaxt itkisini aradan qaldıracaq14:52Fikrət Yusifov: "Dəmir yolu nəqliyyatındakı islahatlar bu sahədə inqilabi bir dönüşdür"14:48Heydər Əliyev adına AAHM kursantlarının çöl çıxışları başlayıb - VİDEO14:42Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar14:18Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir
BÜTÜN XƏBƏRLƏR
Aralık 2019 (255)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)

«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçiriləcək

29 Noyabr 2019, 13:31   


Newscenter.az.29.11.2019. 3 – 6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçiriləcək.

Newscenter.az-aNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulacaq. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, həmçinin işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.
Yubiley sərgisində 23 ölkədən 240-dan çox şirkət iştirak edəcək. ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunacaq.
Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Sərgi həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif edir.
“Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda müxtəlif maraqlı tədbirlər keçiriləcək.

Tədbir çərçivəsində “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərginin xüsusi qonağı məhz bu tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olacaq və biznes sahəsində innovasiyalar haqda məlumat verəcək.

Sərgi çərçivəsində 4-5 dekabr tarixlərində “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək.

“Bakutel-2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumunun təqdimatında müxtəlif yenilikləri özündə əks etdirən stendlərdə xidmətlər və layihələr nümayiş olunacaq. “Azərpoçt” MMC, “Aztelekom” MMC, “AzInTelecom” MMC, “Azərmarka” MMC, “Baktelecom”, Dövlət Radiotezliklər İdarəsi, İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinə məxsus stendlər bu il də seçiləcək.

“Azərpoçt” MMC-nin stendində yeni “Postman” xidməti təqdim olunacaq. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır.

“Azərpoçt”un digər yeniliyi “Postpay” – elektron pul kisəsidir. “Android” sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiq vasitəsilə başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmək, mobil rabitə ödənişləri, kommunal xidmət haqları, gömrük rüsumlarını təhlükəsiz və rahat şəkildə həyata keçirmək mümkündür.
Azərbaycanda ilk dəfə Avropa regionu Sürətli Poçt Rabitəsi Xidmətləri rəhbərlərinin beynəlxalq simpoziumu da məhz “Bakutel-2019” çərçivəsində keçiriləcək.

“Aztelekom” MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, İPTV və SAF – internetdə olan məzmunun filtrasiya xidməti təqdim olunacaq.
“AzInTelecom” MMC öz stendində “Hökumət buludu” layihəsini, yeni məhsullarını və layihələrini təqdim edəcək. Eyni zamanda, “SaaS ili” (proqram təminatı xidmətləri) çərçivəsində təqdim etdiyi yeni məhsullarla və layihələrlə bağlı təqdimatlar planlaşdırıb. Bundan əlavə, Yevlaxda ehtiyat Data Mərkəzi, “Azcloud Hackathon” yarışması, “Azcloud Kinetic” əməkdaşlıq proqramı haqqında gələcək planlar açıqlanacaq. Sərgi çərçivəsində “AzInTelecom” stendində bulud texnologiyaları üzrə ən son xidmətlərin “Azcloud MeetUp” adlı emalatxanası yaradılacaq. İnteraktiv emalatxana çərçivəsində əsasən məlumatların qorunması və təhlükəsizliyi mövzusunda 2 saat ərzində 5 təqdimat, 3 demo nümayişi və sual-cavab sessiyaları təşkil olunacaq.

“Baktelecom”a məxsus stenddə sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən “Evədək optika” layihəsi və paytaxt ətrafı ərazilərdə tətbiq edilən “Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi haqqında məlumat veriləcək.

“Baktelecom” GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının imkanlarından yararlanaraq “Evədək optika” layihəsi çərçivəsində müştərilərə bir optik xətt üzərindən telefon rabitəsi, internet və rəqəmsal televiziya xidmətlərini təklif edir. Şirkət Bakı və ətraf ərazilərdə əhalinin telefon, internet və digər multimedia xidmətləri ilə təmin edilməsinə imkan yaradan yeni nəsil “Simsiz rabitə” şəbəkəsi olan LTE – (Long Term Evolution) texnologiyasını tətbiq edir.

“ViTv” – “Baktelecom” internet şəbəkə üzərindən televiziya siqnalını effektiv ötürməyə imkan verən müasir IPTV (İnternet Protokol Televiziyası) texnologiyası ilə müştərilərə rəqəmsal televiziya xidmətini təqdim edir.
Mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan “Virtual ATS” xidməti də sərgi iştirakçılarına təqdim olunacaq.

“Azərmarka” MMC öz stendində “Azərbaycan. Naxçıvan”, “Azərbaycan”, “Mənim Bakım” və “Azərbaycan 100 il. 1918-2018” markalı kitabları, 2019-cu il ərzində tədavülə buraxılan poçt markaları və Birinci gün zərflərini, “Naxçıvan”, “Bakı” və s. mövzularda maqnitlər, poçt açıqcaları, kəlağayılar, bloknotlar, əlfəcinlər, suvenirlər təqdim edəcək.

Dövlət Radiotezliklər İdarəsinin stendində sensor əsaslı radio monitorinq şəbəkəsi, Vahid radiotezlik reyestri, Vahid radioelektron vasitələri reyestri barədə ətraflı məlumat əldə etmək mümkün olacaq.

İnnovasiyalar Agentliyi “Bakutel-2019” sərgisində bir sıra maraqlı stendlərlə ziyarətçiləri sevindirəcək.

“Startup Avenue” stendində İnnovasiyalar Agentliyində fəaliyyət göstərən 26 startap layihə təqdim ediləcək. Ziyarətçilərə “FinTech”, “GreenTech”, “DronTech”, “MedTech”, “DefenseTech” istiqamətləri üzrə innovativ layihələr nümayiş olunacaq. Eyni zamanda, İnnovasiyalar Agentliyinin “Hybrid Startups” proqramı çərçivəsində Rusiya, İtaliya, Yaponiya, Ukrayna və İrandan olan xarici rezidentlər də sərginin iştirakçıları arasında olacaq. Ziyarətçilər “Startup Grind Baku” stendi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. “Silikon Vadisi”ndə yaradılan “Startup Grind” hərəkatı – 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən və birləşdirən ən böyük müstəqil startap cəmiyyətidir. “Startup Grind Baku Hub”ın əsas tərəfdaşlarından biri məhz İnnovasiyalar Agentliyidir.

Sərgi iştirakçıları Agentliyin nəzdində fəaliyyət göstərən “Barama” Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin startapları haqqında məlumat ala biləcəklər. Bundan əlavə İnnovasiyalar Agentliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşəcəklər. Kurslar “Mars Academy”, “Engineering for Kids”, AREA tərəfindən təşkil olunur.

“I2B Village” stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalının qalibləri və iştirakçıları öz interaktiv layihələrini nümayiş etdirəcəklər.

Nazirliyin dəstəyi ilə ən müasir robot modelləri və mütərəqqi texnologiyalar Robopark zonasında nümayiş olunacaq. 20-dən çox interaktiv və əyləncə zonasında, “VR Zone”, “Game Zone” və İnnovasiyalar Agentliyində keçirilən STEM üzrə kurslar yer alacaq və kiçik ziyarətçilər robotiks, proqramlaşdırma və dronlar üzrə biliklər əldə edəcəklər.

Roboparkda ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq.

• Fransadan gətirilən dünyanın ən təhsilli, ən əyləncəli və akademik robotu Pepper humanoid
• Robot balıqlar
• Robot arm Kuka əsasında hazırlanan, dünyada cəmi 2 nüsxəsi olan Almaniya istehsalı məşhur Robot rəssam
• Taktiki hərbi kəşfiyyat robotu Spider
• Müxtəlif Sumo, Güləş və Dron yarışları
• Kosmo zonası
• 6 metrlik uçan astronavt
• Ən nəhayət, hamının sevimlisi İtaliyadan gələn pianoçu Robot TEOTRONİCO

Sərgidə yalnız 5- 6 dekabr tarixlərində baş tutacaq 20-dən çox interaktiv zona və robotlara şahid olmaq istəyənlər https://robopark.ticketsetup.com/az linkinə daxil olaraq qeydiyyatdan keçə və pulsuz bilet əldə edə bilərlər. Ekspo Mərkəzinə daxil olmaq üçün biletin çap versiyasını təqdim etmək vacibdir.

Məlumat Hesablama Mərkəzinin stendində “Elektron imza (Bulud əsaslı imza, Toplu imza)”, “AzDoc” sənəd dövriyyəsi proqramı, “e-kadr”, “Somar” satış proqramı, “SmartCell” üz tanıma texnologiyası (Face ID), “Azcall” Çağrı Mərkəzi, “SmartPay” ödəniş sistemi sahələrində həyata keçirilən yeni layihələr, maraqlı həllər nümayiş olunacaq.

Həmçinin sərgi günlərində işgüzar görüşlərin keçiriləcəyi və memorandumun imzalanacağı planlaşdırılır.
Bununla yanaşı, stendin ziyarətçiləri maraqlı viktorinanın iştirakçısına çevriləcək və iştirakçılar MHM tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinin stendində birdivarlı Karbon Nano Borular yeni nəsil su texnologiyasında, birdivarlı Karbon Nano Borularında suyun hərəkəti, LED işıqları üçün spektrin sarı-yaşıl və qırmızı sahəsini əhatə edən nano və mikro ölçülü fosforlar nümayiş olunacaq. Həmçinin sərginin ziyarətçiləri Azərbaycanda “Chip” texnologiyasının tam olaraq yaradılmasına xidmət edən GSM/GPRS xidmətlərindən istifadə edərək “smart”laşmaya gətirib çıxaracaq GaN/KNB/saffir strukturlu LED və nano-bio-sensorların aktiv sahəsi ilə tanış ola biləcəklər.

Bu, müasir elmi istiqamət olaraq çox aktualdır. Bu struktur əsasında effektivliyin 12 faiz artımına nail olunub.

Yubiley sərgi çərçivəsində təşkil olunacaq önəmli tədbirlərdən biri də 2-ci Xəzər İnnovasiya Konfransıdır. 4 dekabr tarixində keçiriləcək konfrans “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib.

Açılışını Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haoulin Zao edəcək tədbirdə Azərbaycan, Belarus, Xorvatiya, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin və digər yüksək rütbəli şəxslərin çıxışları planlaşdırılır.

Konfransda “Əşyalar interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sahəvi çağırışların, həmçinin innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsü ilə çıxış edib.

“Bakutel-2019” sərgisi çərçivəsində həyata keçirilən sosial layihələrdən biri də “Danışan məktub” bədii filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən filmin bu versiyasının hazırlanmasında məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır.
Tədbirin sonunda filmin yazıldığı disklər görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərə paylanacaq. Qeyd edək ki, tədbirin məhz 3-6 dekabrda baş tutacaq "Bakutel-2019" çərçivəsində keçirilməsində məqsəd bu ayın onlar üçün bütün dünyada çox böyük əhəmiyyət daşıması ilə bağlıdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) əlil insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin 14 oktyabrında 3 dekabr tarixini Beynəlxalq Əlillər Günü olaraq qəbul edib.

Anar
OXŞAR MÖVZULAR