Impera

XƏBƏR LENTİ
15:36BMU tələbəsi erməni rəqibini 10:0 hesabı ilə məğlub edib15:21Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib15:12Mübariz Qurbanlı Qətər səfiri ilə görüşüb15:01Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub14:48"Nemiroff", "Beluqa", "Finlandia" , "Ruskıy Standart" araqları da saxta çıxdı14:38Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq14:22“AmCham Azərbaycan” üzvləri üçün Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla görüş təşkil edib14:00Oqtay Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Amerikan Xəstəxanasında davam edir13:47Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub13:29Məktəblilərə şəxsiyyət vəsiqəsi verilir13:08Zorakı ekstremizm ilə mübarizə mövzusunda beynəlxalq konfrans keçirilib12:47Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlıq genişlənir12:37Sabah Azərbaycanda hava yağmursuz olacaq11:55Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 13.3% artıb11:38Bu ərazilərə içməli su məhdudiyyətlə veüriləcək11:05“Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçirilib10:36AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb10:00Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00Azərbaycan Konqreslər Bürosu “Səfirlər proqramı”nı ictimaiyyətə təqdim edib14:24Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edib14:17I Gənc Sahibkarlar Forumu keçirilib13:58Daha bir hakimimiz beynəlxalq yarışa təyinat alıb13:30YAP Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib13:1614 787 müəllim ixtisasartırma təlimlərində iştirak edib12:57Sabah hava necə olacaq?12:34Fəzail Ağamalı özünə yeni müavin təyin etdi12:29“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb12:07Dr. D.Y. Patil adına institun nümayəndələri BMU-da olub11:49Azərbaycanda noyabrda gündəlik neft hasilatı 776 min barrel olub11:37“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib10:57Subsidiyaların ilin əvvəlində verilməsi aqrar sektorun inkişafını stimullaşdıracaq10:42“Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb10:30Üç rayon üzrə səyyar qəbul keçiriləcək10:10Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşıb09:35Bakıda məşhur ticarət mərkəzində yanğın-VİDEO09:25Mövqelərimiz atəşə tutulub09:00Yevlaxda Heydər Əliyevin anım mərasimi keçirilib23:19İçimizdəki və cəmiyyətdəki “Xərçəng hüceyrələri”21:13"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor20:41Mübariz Mənsimov: "Hər dəfə adımı hallandırmağa, məni siyasi oyunlara qatmağa çalışırsınız və bu, həqiqətən də, məni yorur"18:21Dövlət Gömrük Komitəsinin sədri Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini ilə görüşüb17:29AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb17:09Payızlıq əkinləri bəyan edən fermerlərin sayı iki dəfə artıb17:03Naxçıvan Ali Məclisinə seçkilər təyin edilib - SƏRƏNCAM16:57Azərbaycan fermerlərinin məhsulları XXIV “Global Village” Beynəlxalq Yarmarkasında nümayiş etdirilir16:3117 min 800 nəfərə ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı16:17BMU-da Ümummilli Liderin anım tədbiri keçirilib16:01Azərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müsabiqəsinin yekun mərhələsi keçirilib15:36“Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçiriləcək15:20Azərbaycan Turizm Bürosu Çində mükafata layiq görüldü14:53Türkiyə ilə Azərbaycan arasında daha bir sənəd imzalandı14:12“Türk Hava Yolları” Rovaniemiyə uçuşlara başlayır14:07“Bakutel 2019” sərgisində rekord izləyici: 25 minə yaxın insan sərgini ziyarət etdi13:52Parçaya hopdurulan narkotik vasitəni gömrük sərhədindən keçirmək cəhdi baş tutmadı13:22Yağışlı hava davam edəcək13:04Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb12:38Qazaxıstan Azərbaycanın təcrübəsini öyrənir-VIDEO12:12Cəlilabadda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası açılıb11:45VİP-in seçki qərarı yaxın günlərdə veriləcək10:28Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar işə başlayıb.10:19Tədqiqatçılıq müsabiqəsinin ilk mərhələsi başa çatıb09:41BMU tələbələrinin növbəti uğuru09:33Atəşkəs rejimi 22 dəfə pozulub14:00Qaşıq, çəngəl, bıçaq dəstinin içərisində narkotik vasitə keçirmək istədi-VİDEO13:22AXA-da texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr həsr olunmuş tədbir keçirilib13:00Bakı-Şamaxı-Yevlax yolunda qeyri-adi qəza12:46Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq12:00“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Kürdəmir və Yevlaxda yerli fermerlərlə görüşüb11:00BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb10:27Sinxron üzgüçülük üzrə “Aqua Stars” adlı beynəlxalq turnir keçiriləcək10:15"Azərsu" ASC-nin sədri Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin 10-cu toplantısında iştirak edib10:00Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazanıb09:55Millət vəkili Qırmızı Qəsəbədə dəfn olunacaq09:35Atəşkəs rejimi 24 dəfə pozulub09:13Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib09:00AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib08:44Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib21:00Millət vəkili vəfat edib20:12Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə biznes-forum keçirilib19:35Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq19:20Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu18:51Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı-VİDEO18:38Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında aktiv iştirak edib18:15Sərnişin qatarlarının hərəkət cədvəli yenilənəcək18:00Abşeron Təcrübə Təsərrüfatında ağacəkmə kampaniyası keçirilib17:50409 fərdi yaşayış evinə təbii qaz verilib17:39BNA Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq 100-ə yaxın ağac əkib17:19“Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirildi17:00Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb16:45Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib16:08İki rayon üzrə müəllim və valideynlər qəbul edilib15:47“Azəriqaz” işçiləri 5 min ağac əkib15:30AzInTelecom “BakuTel 2019” sərgisində öz yeni məhsullarını təqdim edib15:15Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücü15:04EKTİS-in tətbiqi aqrar subsidiyaların verilməsində vaxt itkisini aradan qaldıracaq14:52Fikrət Yusifov: "Dəmir yolu nəqliyyatındakı islahatlar bu sahədə inqilabi bir dönüşdür"14:48Heydər Əliyev adına AAHM kursantlarının çöl çıxışları başlayıb - VİDEO14:42Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar14:18Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir
BÜTÜN XƏBƏRLƏR
Aralık 2019 (255)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)

«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirələr keçirilib

29 Noyabr 2019, 10:00   


Newscenter.az.29.11.2019. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun inkişafına dair İşçi Qrupun dördüncü iclasında iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya, Belarus, İran və Hindistan dəmir yollarının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Newscenter.az-a Səhmdar Cəmiyyətin mətbuat katibliyindən bildirilib ki, Cəmiyyətin sədri bildirib ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında ilk razılaşma aktı 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb. Azərbaycan bu sazişə beş il sonra - 2005-ci ildə qoşulub. Sonrakı illərdə ümumilikdə 13 dövlət bu sazişə imza ataraq, ratifikasiya edib.

"Şimal-Cənub" nəqliyyat dəhlizinin əsas məqsədi, ilk növbədə, cənubdan - Hindistandan başlayaraq Rusiya, Şimali və Qərbi Avropa, eləcə də Körfəz ölkələrinə daşınan yüklərin çatdırılma müddətini azaltmaq, daşıma qiymətlərini ucuzlaşdırmaq və dəhlizin funksionallığını artırmaqdır. Dəhliz bir neçə əsas istiqamət: Hindistan-Rusiya-Qafqaz-Körfəz ölkələri; Mərkəzi Asiya-Körfəz ölkələri; Xəzər dənizi-İran İslam Respublikası-Körfəz ölkələri və s. üzrə yükdaşıma fəaliyyətini nəzərdə tutur. Bu istiqamətlər içərisində Azərbaycan üçün ən maraqlı istiqamət yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirilməsi, sonra qatar və avtomobillərlə İranın mövcud dəmir və avtomobil yolları ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir və avtomobil yollarına ötürülməsi və buradan da Azərbaycan vasitəsilə Rusiyaya, Şimali Avropa ölkələrinə çatdırılmasıdır. Hazırkı marşrut üzrə (Süveyş kanalı) malların çatdırılma vaxtı 45-60 gündür, “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə isə bu müddətin 14-20 günə endirilməsi gözlənilir. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixi kökləri və müasir inkişafından danışan Cavid Qurbanov fərqli coğrafi məkanları yaxınlaşdıracaq bu dəhlizin iqtisadi cəhətdən əhəmiyyətindən danışıb. O, həmçinin bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib və Astara çayı üzərində dəmir yolu körpüsü tikilib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir. 2018-ci ilin martında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və yük terminalı istismara verilib və eyni zamanda taxıl terminalının təməli qoyulub. Bu il martın 6-da isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışı olub. Yaxın gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək. Bütün bunlar ölkələrimizin nəqliyyat-tranzit və iqtisadi-ticarət potensialını gücləndirəcək.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini Vyaçeslav Pavlovski dəmir yolunun ekoloji cəhətdən effektivliliyinə diqqət çəkib. Dəmir yolları sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində bundan sonra da işlərin davam etdiriləcəyini bildirib. Görüşdə Belarus Dəmir Yolları sədrinin birinci müavini İqor Şilov, İran Dəmir Yollarının vitse-prezidenti Morteza Cəfəri, Hindistan Konteyner Korporasiyasının (CONCOR) sədri, idarəedici direktoru Kalyana Rama da iştirak ediblər.

Səmimi diaoloq şəraitində keçən görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Anar
OXŞAR MÖVZULAR