Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu



Newscenter.az.8.04.2020. Beynəlxalq Basketbol Federasiyası (FIBA) bu iyun yay ayında keçiriləcək bütün turnirləri ləğv edib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempinonatı da bu il baş tutmayacaq.

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandıya ilə Andorra yığmaları da mübarizə aparacaqdı.

Kiçik dövlətlərin Avropa çempinonatının 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.

FIBA yarış üçün ən yaxşı variantı hazırlamaq üçün toplanacaq və may ayında Şuranın növbəti iclasında təqdim edəcək.
Xəbəri paylaş