Azərbaycanda koronavirusa yoluxanlardan 37-sinin durumu ağırdır
Tarix: 8-04-2020, 19:08
Newscenter.az.8.04.2020. "Hazırda ölkə üzrə koronavirusa yoluxun aktiv xəstələrdən 37-sinin durumu ağırdır. Onlardan 20-dən çoxu məhz "Yeni klinika"da müalicə alır".
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, klinikanın açılışının səhərisi günündən, yəni martın 27-dən etibarən koronavirusa yoluxan ağır xəstələrin yerləşdirilməsinə başlanıb.