Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə koronavirusdan ölənlərin sayı 800-ü ötdü



Newscenter.az.8.04.2020. Türkiyədə daha 87 nəfər pandemiyanın qurbanı olub.

“Report”un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 812 nəfərə çatıb.

"Bu gün 20 023 test keçirilib, 4 117 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 38 226 nəfərdir. Bu gün daha 264 pasiyent sağaldı, ümumi say 1 846 nəfərdir", - nazir deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 485 000-i ötüb. Bunların 318 875 nəfəri sağalıb, 87 292 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş