Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Ramin Məmmədov seçicilərinin problemlərini həll etdi



Newscenter.az.16.05.2020. Seçicilərimi narahat edən məsələlərin həlli deputat kimi mənim qarşımda duran önəmli vəzifələrdəndir. Bu gün iki fərqli sahədən olan sıxıntının aradan qaldırılması, müraciət edən seçicilərimin telefon danışığı zamanı səslərindəki məmnunluq məni çox sevindirdi.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən millət vəkili Ramin Məmmədov deyib ki, vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş Nizami kəndinnin qəhrəman övladı Əsgərov Kamil Ağakərim oğlunun ailəsi yaşadıqları ünvana yeni çəkilmiş qaz xəttinə sayğacın quraşdırılması üçün may ayının 11-də bizə müraciət edib:

"Müvafig təşkilatlarla əlaqə yaradılaraq, yaranmış cətinlik operativ şəkildə aradan qaldırıldı. Fürsətdən istifadə edərək, Sabirabad rayon Qaz İstismar İdarəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Bundan əlavə bir müddət öncə Sabirabad rayonu Şıxsalahlı və Osmanlı kənd ərazi vahidliyini təmsil edən seçicilərin subsidiya kartları ilə təminatında yaranmış çətinliklərlə bagli mənə muraciət etmişdilər. Aidiyyati təşkilatlara müraciətin nəticəsində məsələyə aydınlıq gətirilərək mövcud çətinlik aradan qaldırıldı və sakinlər sahib olduqları kartları əldə etdilər. Fürsətdən istifadə edərək, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarına sərgilədikləri həssaslıq və çevikliyə görə öz təşəkkürümü bildirirəm".

Anar
Xəbəri paylaş