Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şagirdlərin sayı 53, müəllimlərin sayı isə 93 dəfə artıb

Şagirdlərin sayı 53, müəllimlərin sayı isə 93 dəfə artıb


Türkiyədə son 100 il ərzində şagirdlərin sayı 53 dəfə, müəllimlərin sayı 93 dəfə artıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Təhsil Nazirliyinin "Keçmişdən Bu günə Rəqəmlərlə Təhsil 1923-2023" adlı araşdırmasında öz əksini tapıb.

Araşdırma materialında qeyd edilir ki, Türkiyədə Cümhuriyyətin ilk illərində 361 min 514 olan tələbə sayı, 2023-cü ildə təxminən 53 dəfə artaraq 19 milyon 126 min 106, 12 min 266 olan müəllimlərin sayı isə təxminən 93 dəfə artaraq 1 milyon 146 min 177-yə çatıb.

1923-2003-cü illərdə 343 min 194 olan sinif otaqlarının sayı 2023-cü ildə 613 min 785-ə yüksəlib.

Araşdırmaya daxil edilən rəqəmlər göstərir ki, son 20 ildə 80 ildə tikilən sinif otaqlarının sayından daha çox sinif otaqları tikilib.

Mehman Mehdiyev

Xəbəri paylaş