Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üç-beş nəfərin fikri, mövqeyini sosial sifariş hesab etmək tamamilə yalnışdır

Üç-beş nəfərin fikri, mövqeyini sosial sifariş hesab etmək tamamilə yalnışdır


"10 milyondan artıq ölkə əhalisinin ən azı 20-30 faizi nəyisə tələb edərsə, o zaman hansısa bir aksiya, mitinq keçirmək üçün sosial sifariş olduğunu demək mümkün olar. İndiki situasiyada isə biz deyə bilmərik ki, belə bir sosial sifariş var".

Newscenter.az xəbər verir ki, bu fikirləri “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bəzi siyasi qüvvələrin aprelin 21-də paytaxtda etiraz aksiyası keçirməsinə münasibət bildirərkən səsləndirib. Mərkəz rəhbəri onu da deyib ki, bu gün dünyada baş verən proseslər, sivil düşüncə tərzi onu tələb edir ki, hansısa sosial sifarişləri dövlət qurumlarına müraciət etmək, qarşılıqlı anlaşma əsasında həll edək:

"Təbii ki, qeyd etdiyim kimi belə bir sifariş varsa. İndiki situasiyada biz aydın şəkildə görürük ki, belə bir sifariş yoxdur. Üç-beş nəfərin fikri, mövqeyini sosial sifariş hesab etmək tamamilə yalnışdır".

Ramil Hüseynov daha sonra bunları qeyd edib:

"Düzdür, heç kim deyə bilməz ki, kütləvi tədbirlər olmasın. Kütləvi tədbirlər də bir mübarizə növüdür. Ancaq həmin kütləvi tədbirlər dövlətə, dövlətçiliyə qarşıdırsa və hansısa qüvvələrin marağı ilə uzlaşırsa, təbii ki, bu artlq sosial yox, siyasi sifariş olur. Siyasi sifarişi yerinə yetirənlər isə icraçılardır. Əgər icraçılıq etmək istəyirsinizsə, o zaman gəlin dövlətə xidmət edin".

Ramil Hüseynov, "Sadəcə burada məqsəd xırda insdentlər yaratmaq, əhali arasında gərginliyi artlrmaqdır. Bunlar hamısı məsuliyyətsiz addımlardır. Bu vaxta qədər olduğu kimi bundan sonra da həmin qüvvələrə xalq tərəfindən heç bir dəstək verilməyəcək. Xalq öz dəstəyini hansı siyasi kursa verməli olduğunu çox gözəl bilir. Ona görə də indiki halda bu cür qeyri-ciddi addımların atılmasını doğru hesab etmirəm".

Süleyman
Xəbəri paylaş