Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək


2024-2025-ci tədris ilindən “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Newscenter.az xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə onlayn görüş keçirilib.

Onlayn görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəb rəhbərləri iştirak ediblər.

Görüşdə “Rəqəmsal bacarıqlar” layihəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihə şagirdlərdə alqoritmik düşüncənin, layihə işləmə bacarıqlarının və məntiqi inkişafın, proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.

Görüşdə “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində lazımi dəstəyin göstərilməsi üçün məktəb rəhbərliyinin üzərinə düşən vəzifələr barədə danışılıb. Qeyd olunub ki, 2021-2022-ci tədris ilindən etibarən layihə çərçivəsində təhsilini İT sahəsi üzrə davam etdirmək istəyən 10-cu sinif şagirdləri üçün informatika fənninin dərindən tədris olunduğu təmayül siniflər açılıb.

Sonda layihənin icrası ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzularla bağlı fikir mübadiləsi aparılıb.

R.Mehdiyeva
Xəbəri paylaş