ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

AzTU-da Karyera Sərgisi keçirilib

14-12-2018, 14:48

 AzTU-da Karyera Sərgisi keçirilib


Newscenter.az.14.12.2018. Dekabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) Karyera Sərgisi keçirilib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, sərgidə 72 şirkət tələbə və məzunlarlara ümumilikdə 267 vakansiya üzrə iş yerlərini təklif edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə və “Karyerada ilk addım” şüarı altında keçirilən sərgidə SOCAR, Bakı Metropoliteni, "Azərişıq", "Azersell", “Baksell”, “Nar”, “Azərsun” Holdinq, “Gilan” Holdinq, Sumqayıt Texnologiya Parkı və digər dövlət və özəl şirkətlər iştirak edib. 1500-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Karyera Sərgisinin açılış mərasimində çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında ətraflı məlumat veriblər. Gənclər şirkət nümayəndələrinə CV-lərini təqdim ediblər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR