Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dayanma və durma, parklanma qaydalarını pozan sürücülər cərimələnir

Dayanma və durma, parklanma qaydalarını pozan sürücülər cərimələnir


Newscenter.az.15.01.2019.
Bakı Nəqliyyat Agentliyi tərəfindən dayanma və durma, parklanma qaydalarının pozulmasına görə sürücülərin qeydə alınması işləri icra edilməkdədir.

Agentlikdən Newscenter.az-a bildirilib ki, vətəndaşların dayanma və durma, parklanma qaydaları barədə məlumatsızlığı bir sıra anlaşılmazlıqların yaranmasına səbəb olur. Bunun bir nümunəsi olaraq, vətəndaş Anar Qədirov 10.01.2019-cu il tarixdə yolun hərəkət hissəsində olarkən iddia etdiyi kimi, nəqliyyat vasitəsində texniki nasazlığın yaranması səbəbindən yolun hərəkət hissəsində nəqliyyat vasitəsini dayandırıb və Bakı Nəqliyyat Agentliyinin müşahidə kameraları vasitəsilə xəta qeydə alınıb. Bu barədə cərimə müəyyənləşdirilərək vətəndaş məlumatlandırılıb.

Məlumat üçün bildirək ki, “Yol hərəkəti haqqinda” qanunun 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olmasi yol hərəkətinin digər iştirakçılarina maneə yaradirsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. bu halda, sürücü barədə hər hansi inzibati cərimə protokolu tərtib olunmur. Əlavə olaraq bildirək ki, bu kimi hallarda sürücülər qeyd olunan məsələlərlə bağlı Bakı Nəqliyyat Agentliyinə fərdi qaydada və ya [email protected] elektron ünvanina da müraciət əsasinda məsələ araşdırıla və bu barədə müvafiq qərarlar qəbul edilə bilər. Bu kimi məsələlərin ictimailəşdirilməsində məqsəd, digər sürücülərin də məlumatlandırılmasını təmin etmək və gələcəkdə analoji hallar baş verərsə, müəyyən edilmiş qaydalara uyğun davranmasını tövsiyə etməkdir”.
Xəbəri paylaş