Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pestisidlərin dövriyyəsinə nəzarət mexanizmləri müzakirə olunub

Pestisidlərin dövriyyəsinə nəzarət mexanizmləri müzakirə olunub


Newscenter.az.25.01.2019
. Yanvarın 25-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Azərbaycan Respublikası ərazisində pestisidlərin dövriyyəsinə nəzarət mexanizminin təkmilləşdirilməsi” mövzusunda adiyyatı qurumların iştirakı ilə təqdimat keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və fitosanitar nəzarəti şöbəsinin əməkdaşları, Ekspert Şurasının və İnventarlaşdırma Komissiyasının aidiyyəti nazirlikdən olan üzvləri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəhbərliyi və aidiyyəti mərkəz, departament və laboratoriyalarının əməkdaşları iştirak ediblər.

Tədbirdə elmi-tədqiqat işləri barədə iştirakçılara məlumat verilib, pestisidlərin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət mexanizmlərinin beynəlxalq və milli müstəvidə müqayisəsi diqqətə çatdırılıb. Eyni zamanda, təqdimat çərçivəsində Azərbaycan Respublikasında pestisidlərdən idarəetmə mexanizminin təkmilləşdirilməsi, Respublika ərazisində istifadəsinə icazə verilən yüksək toksiki-ekoloji təhlükəli pestisidlərin tətbiqi qaydalarının beynəlxalq norma və standartlara uyğunlaşdırılması, aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması, bitki mühafizə vasitələrinin milli məlumat bazasının yaradılması məsələləri geniş müzakirə edilib.
Orxan
Xəbəri paylaş