Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İƏT Gənc İş Adamlarının Forumunu keçirildi

İƏT Gənc İş Adamlarının Forumunu keçirildi


Newscenter.az.26.04.2019. Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu Bakı Mərkəzi) və Tatarstan hökumətinin birgə təşkilatçılığı ilə İƏT Gənc İş Adamlarının 5-ci Forumu keçirilib.

Newscenter.az xəbər verir ki, Forum 11-ci “Rusiya-İslam Dünyası” Biznes Forumunun rəsmi tədbiri kimi baş təşkil olunub.

Qeyd etmək lazımdır ki, bu tədbirdə İƏT üzv-ölkələrindən olan 500-ə yaxın gənc iş adamının müraciətləri əsasında seçilmiş 25 ölkəni təmsil edən 50-dən çox iştirakçı və 35 startap komandası 5 gün ərzində keçirilən təlimlərdə iştirak ediblər.

Tədbir çərçivəsində İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Britanıya Birliyi (Commowealth) Gəncliyi Şurası və Tatarıstanın aparıcı gənclər hərəkatı olan “Sələt” arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Tədbirlər çərçivəsində həmçinin İƏT Gənclər Forumu ARM-nin baş direktoru Elməddin Mehdiyev və Tatarstanın Gənclər naziri Dəmir Fəttahovla keçirilən görüşdə gələcək əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Görüşdə həmçinin Tatarstan Gənclər Nazirinin müavini Timur Suleymanov və İƏT Gənclər Forumu ARM İdarə Heyətinin üzvü, Tatarstanın “Sələt” Gənclər Hərəkatının sədri Aygül Qabdrəhmanova iştirak ediblər.
Xəbəri paylaş