Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dövləti və Avropa İtifaqı ikitərəfli əlaqələrin yeni formatlarını yaradır

Azərbaycan dövləti və Avropa İtifaqı ikitərəfli əlaqələrin yeni formatlarını yaradır


Newscenter.az.21.05.2019. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 13-də Belçikanın paytaxtı Brüsselə səfəri olduqca zəngin və yaddaqaln oldu. Dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk və Aİ-nin digər yüksək vəzifəli şəxsləri ilə görüşü mühüm ictimai-siyasi, iqtisadi əhəmiyyət kəsb etdi. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında yeni mərhələnin başlanğıcını qoyan səfər zamanı müzakirə olunan məsələlər hər iki tərəf üçün olduqca strateji əhəmiyyət daşıdı.
Donald Tuskun vurğuladığı kimi Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tətəfdaşdır. Azərbaycan dövləti Avropa İtifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın Ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdir.

Respublikamız Aİ-nin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir və gerçəkləşdirirsə, qarşı tərəfdən də siyasi iradə nümayiş etdirməsini gözləyir. Aİ ilə imzalanması nəzərdə tutulqan yeni saziş tərəfdaş ölkələrdə təhlükəsizliyin möhkəmləndirilməsi baxımından bir sıra mühüm məsələləri də şərtləndirir. Azərbaycanla strateji müttəfiqliq quran bir qurum digər məsələlərdə çevik və fəal olduğu kimi regional problemlərin, münaqişələrin həllində də təsir imkanlarını artırmalıdır.
Azərbaycan dövləti və Avropa İtifaqı ikitərəfli əlaqələrin yeni formatlarını yaradır

Bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Reallıq bundan ibarətdir ki, Avropa İttifaqı Dağlıq Qarabağ probleminin həllində respublikamızın gözlədiyi prinsipal və qətiyyətli addımları gerçəkləşdirməyib.

Azərbaycan hələ 2012-ci ildə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Azərbaycan birmənalı şəkildə Aİ qarşısında Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında dəstəyini artırmağı irəli sürür.

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə beynəlxalq tribunadan bir daha beynəlxalq ictimaiyyət, Aİ-nin yüksək rütbəli şəxsləri qarşısında və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarına qətiyyətlə Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd etdi. Dövlətimizin başçısı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirdi ki, 25 ildən çoxdur bu münaqişə davam edir. Prezident İlham Əliyev qeyd etdi ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.
Azərbaycan dövləti və Avropa İtifaqı ikitərəfli əlaqələrin yeni formatlarını yaradır

Etibarlı və yaxın tərəfdaş olan təşkilat Dağlıq Qarabağ problemi məsələsində konkret addımlar atmalıdır. ATƏT-in Minsk qrupu ərazi bütövlüyünün həllində sönük və təsirsiz olan fəaliyyətini dəyişməli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında iştirakı fəallaşdırılmalıdır.

Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Azərbaycan dövləti və Avropa İtifaqı ikitərəfli əlaqələrin yeni formatlarını yaradır
Xəbəri paylaş