Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda konfrans keçiriləcək

 “Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda konfrans keçiriləcək


Newscenter.az.19.11.2019. Hər il bütün dünyada noyabr ayının üçüncü həftəsi “Qlobal Sahibkarlıq Həftəsi” kimi qeyd olunur. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən bu həftə ərzində silsilə tədbirlər keçirilir.

Newscenter.az-a Konfederasiyadan bildirilib ki, qeyd olunan həftə çərçivəsində noyabrın 21-də “Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda konfrans baş tutacaq. Konfransda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə ASK tərəfindən sahibkarlar arasında sahibkarlığın və iqtisadi inkişafın müxtəlif parametrləri üzrə keçirilmiş sorğunun nəticələri ictimaiyyətə təqdim olunacaq və biznes mühiti müzakirə ediləcək.

Müzakirələrdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ASK-nın digər sosial tərəfdaşları iştirak edəcək.

Zaur
Xəbəri paylaş